"Səbail"in rəqibləri bilindi

"Səbail"in rəqibləri bilindi
XƏBƏR 3 İyul 2017 / 17:23 2666
-  A +

İyulun 10-dan 27-dək Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq "Səbail" 5 yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Samir Əliyevin komandasının ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq.

İyulun 15-də son mövsümü İran çempionatında 4-cü pillədə başa vuran "Zob Ahan"la üz-üzə gələcək "Səbail" iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən "Əl İttifaq"la qarşılaşacaq. 3 gün sonra "Səbail"in rəqibi Özbəskistan təmsilçisi "Paxtakor" olacaq.

"Səbail" hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının "Əl Raed" komandasına qarşı keçirəcək.

Son xəbərlər