Yeni mövsümə hazırlığı Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirən “Qəbələ” məşqlərini bərpa edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyunun 30-da keçirilən yerli “Qrodiq”lə yoxlama oyunundan (7:0) sonra bir günlük istirahətə buraxılan futbolçular bu gün növbəti məşqə çıxıb. “Qırmızı-qaralar” günü iki məşqlə tamamlayıb.
Hazırlıq prosesində zədə problemini arxada qoyan Baqali Dabo da iştirak edib. Zədələnən İlqar Qurbanov isə komanda çalışmalarından kənar qalıb. Tellur Mütəllimovla Ruslan Qurbanov isə eyni səbəbdən fərdi məşqlə kifayətlənib.
Xatırladaq ki, “Qəbələ” növbəti yoxlama oyununu iyulun 4-də keçirəcək. Komanda Ukrayna “Dinamo”su (Kiyev) ilə üz-üzə gələcək.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı