Bu gün Konfederasiyalar kubokuna yekun vurulub.
Qol.az-ın xəbərinə görə, finalda Almaniya və Çili qarşılaşıb. Sankt-Peterburqda keçirilən görüş Almaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Yoahim Lövün komandası Konfederasiyalar kubokunu qazanıb.
Xatırladaq ki, DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Bundestim son mundialın da qalibidir.
Üçüncü yerin sahibi isə Portuqaliya millisi olub. Fernando Santuşun komandası "bürünc" uğrunda oyunda Meksikaya qalib gəlib - 2:1.
Final
Çili – Almaniya - 0:1
Qol: Stindl, 20
3-cülük uğrunda oyun
Portuqaliya – Meksika - 2:1
Qollar: Neto, 54-avtoqol (0:1), Pepe, 90+1 (1:1), Adrian Silva, 104-pen. (2:1)
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı