Almaniya millisinin baş məşqçisi Yoahim Löv Konfederasiyalar Kubokunun finalında Çiliyə qarşı keçiriləcək oyundan danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Çili yığmasının səviyyə baxımından hazırda dünya futbolunda üçüncü olduğunu bildirib:
“Almaniyada biz Çili yığmasının bu qədər yaxşı futbolçulara malik olmasına təəccüblənirik. Heyətə baxsaq görərik ki, 8-11 yüksəksəviyyəli futbolçu var.
Hansılar ki, öz klublarının liderləridir. Bu baxımdan Vidal, Sançes və başqalarının adını çəkmək olar. Çili kiçik ölkədir. Amma futbolda səviyyə baxımından dünyada üçüncüdür.
Penaltilər seriyasından niyə qorxmalıyam? Biz də dəqiq zərbələr endirə bilərik. Üstəlik, qapıçımız da çox yaxşıdır. Odur ki, finalın taleyinin penaltilər seriyasında həll olunmaq ehtimalı məni narahat etmir”.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı