Messi “Barselona” ilə müqaviləsini yeniləyir

Messi “Barselona” ilə müqaviləsini yeniləyir
XƏBƏR 2 İyul 2017 / 00:17 2455
-  A +

Lionel Messi “Barselona” ilə müqaviləsini qarşıdakı günlərdə yeniləyəcək.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, dünən doğma şəhəri Rosarioda evlənən ulduz futbolçu artıq bu gün İspaniyaya yollanır.

O, qarşıdakı günlərdə klub rəhbərliyi ilə müqavilə barədə razılıq əldə etmək istəyir. Messi yeni mövsümün hazırlıqlarının startına kimi - 12 iyula qədər sözləşmənin rəsmən uzadılmasının tərəfdarıdır.

Xatırladaq ki, argentinalı forvardın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında başa çatacaq.

Daha çox


Son xəbərlər