“Qalatasaray”dan 3-cü rəsmi transfer

“Qalatasaray”dan 3-cü rəsmi transfer
XƏBƏR 30 İyun 2017 / 17:33 5464
-  A +

“Qalatasaray” 3-cü əcnəbi transferini ictimaiyyətə açıqlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Sao Paulo”nun futbolçusu Maykon bu gün “sarı-qırmızılılar”la 4 illik müqavilə imzalayıb.

"Cim-bom" 29 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün Braziliya klubuna 7 milyon avro ödəyib.

Maykon ötən mövsüm "San Paulu”da 44 oyuna çıxıb və 3 qol vurub.

Qeyd edək ki, "Qalatasaray" yay transfer pəncərəsində hücumçu Bafetimbi Qomis və yarımmüdafiəçi Yunes Belhandanı da heyətinə cəlb edib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq