Mərakeş millisinin üzvü "Qalatasaray"da - rəsmi

Mərakeş millisinin üzvü "Qalatasaray"da -  rəsmi
XƏBƏR 30 İyun 2017 / 13:57 3960
-  A +

"Qalatasaray" növbəti transferini rəsmiləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Kiyev "Dinamo"sunun futbolçusu Yunis Belhandanı heyətinə cəlb edib.

Mərakeş millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. "Qalatasaray" bu transferə görə Ukrayna klubuna 8 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, son mövsümü icarə əsasında Fransanın "Nitsa" komandasında keçirən 27 yaşlı yarımmüdafiəçi  36 qarşılaşmada 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu