"Barselona" fəlsəfəsini itirib" - Pedro

"Barselona" fəlsəfəsini itirib" -  Pedro
XƏBƏR 30 İyun 2017 / 13:29 5214
-  A +

"Çelsi"nin futbolçusu Pedro Rodriges sabiq komandası "Barselona"nı tənqid edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı futbolçu Kataloniya klubunun strategiyasını dəyişdiyini deyib:

"Mənim vaxtımda start heyətdə meydana çıxan 11 futbolçunun hamısı "Barselona"nın yetirməsi idi. Artıq o vaxtlar keçib. Klub öz fəlsəfəsini itirib. İndi "Barselona"nın bir çox yetirmələri özünə başqa klub tapır".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan 30 yaşlı hücumçu 2008-2015-ci illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. O, bu müddət ərzində 204 oyuna 58 qol vurub.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu