Taekvondoçumuz dünya çempionu oldu - Yenilənib

Taekvondoçumuz dünya çempionu oldu - Yenilənib
XƏBƏR 30 İyun 2017 / 14:35 3334
-  A +

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir.

Qol.az-ın Taekvondo Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün bir idmançımız dayanq üzəriə çıxıb.

Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Milad Beigi Hərçəqani yarımfinala qədər qarşılaşdığı rəqibləri Nigerli Djibo Bagna Kadrı (30:9), Yapon idmançı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan respublikası) 6:4 hesabı ilə məğlub edib.

Komandamızın liderlərindən olan M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cookla qarşılaşıb və  rəqibinə 41:5 hesabı ilə qalib gəlib. İdmamçımız finalda Anton Kotkova asanlıqla üstələyərək (21:3) dünya çempionu adını qazanıb.



Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu