"Mançester Yunayted" onu "Çelsi"dən istəyir

"Mançester Yunayted" onu "Çelsi"dən istəyir
XƏBƏR 26 İyun 2017 / 14:31 3202
-  A +

“Mançester Yuneyted” “Çelsi”nin yarımmüdafiəçisi  Nemanya Matiçi heyətinə cəlb etmək istəyir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, transfer bu həftə ərzində gerçəkləşə bilər.

Joze Mourinyo sabiq futbolçusu ilə orta xətdə olan boşluğu doldurmaq niyyətindədir. Klublar arasında ilkin danışığın olduğu bildirilir.

Qeyd edək ki, ötən mövsüm London klubunda ümumilikdə 40 oyun keçirən serbiyalı futbolçu 2 qol vurub.

Son xəbərlər