“Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq”

“Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq”
XƏBƏR 26 İyun 2017 / 01:50 5632
-  A +

Çili millisinin baş məşqçisi Xuan Antonio Piççi Konfederasiyalar Kubokunun yarımfinalında Portuqaliyaya qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis qeyd edib ki, Avropa çempionuna qarşı layiqli mübarizə aparacaqlar:

“Bu, əla oyun olacaq. Bizi çox güclü rəqiblə gərgin mübarizə gözləyir. Portuqaliya millisi Avropa çempionudur. Onların heyətlərində çox yaxşı futbolçular cəmləşib.

Rəqibin heyətində hər an istənilən oyunun taleyini dəyişə biləcək futbolçu var. Bütün bunlara baxmayaraq, bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq. Bizim məqsədimiz finala yüksəlməkdir”.

Son xəbərlər