Löv üçün əlamətdar qələbə

Löv üçün əlamətdar qələbə
XƏBƏR 26 İyun 2017 / 00:00 3059
-  A +

Almaniya millisi Konfederasiyalar Kubokunda Kamerunu 3:1 hesabı ilə məğlub edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu qələbə Bundestimin baş məşqçisi Yoahim Löv üçün 2 yubileylə əlamətdar olub.

Belə ki, Almaniya yığması 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 150-ci oyununa çıxıb. Yubiley oyununda Lövün komandası həm də 100-cü qələbəsini qazanıb.

Qeyd edək ki, Yoahim Löv Almaniya millisini 2006-cı ildən çalışdırır.

Son xəbərlər