“Barselona”nın hücumçusu Lionel Messi gələcəkdə Kataloniya klubundan ayrıla biləcəyini söyləyib.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, argentinalı ulduz Çində oynayacağını istisna etməyib:
“Mən deyə bilmərəm ki, Çinə gedişim qeyri-mümkündür. Müasir futbolda mümkünsüz heç nə yoxdur. Çində oynayacağımı istisna etmirəm.
Lakin hazırda bu barədə düşünmürəm. Hər zaman demişəm ki, karyeramı “Barselona”da bitirmək istəyirəm. Ancaq bizi irəlidə nələrin gözlədiyini bilmirik.
İndi bütün diqqətimi növbəti mövsümə yönəltmişəm. Əlimizdən gələni etməliyik ki, mümkün qədər çox mükafat qazanaq”.
Qeyd edək ki, argentinalı futbolçu hazırda “Barselona” ilə yeni müqavilə barədə danışıqlar aparır.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı