“Vətən” futbol məktəbinin U-10 komandası həmin yaş üzrə Avstriyanın paytaxtı Vyanada keçirilən uşaqlar arasında dünyanın ən böyük futbol yarışı - “Champions trophy 2017” turnirinin final mərhələsində iştirak edib.
Qol.az-ın xəbərinə görə, 1000 komandanın qatıldığı turnirin final mərhələsində, hər qrupda 8 olmaqla 16 qrupa bölünən iştirakçılar çempionluq uğrunda mübarizə aparıb. 128 seçmə heyətin gərgin mübarizəsi 3 mərhələdə davam edib.
A qrupunda yer alan “Vətən” keçirdiyi 7 oyundan (3 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə) 10 xal toplayaraq mübarizəni 3 və 4-cülər arasında davam etdirib. Burada da uğurla yarışan Azərbaycan komandası üçüncü yeri tutub. Yekun mərhələdə 3-cü yerlər uğrunda yarışan (8 komanda arasında) “Vətən” ən yaxşı nəticə göstərib.
Ümumilikdə “Vətən” turnirdə 8 ölkədən (Avstriya, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Çexiya, Sloveniya, Xorvatiya, Rumıniya) 13 komanda ilə qarşılaşıb.
Turnirin qalibi isə İngiltərənin “Çelsi” klubunun U-10 komandası olub. Portuqaliya “Benfika”sı 2-ci, İtaliya “Yuventus”u üçüncü yeri tutublar. 
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı