"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın da yer aldığı "Fulwell73" konsorsiumu İngiltərənin "Sanderlend" klubunu ala bilər.
Qol.az-ın "Daily Star"a istinadən yaydığı xəbərə görə, T.Adams və konsorsiumun digər üzvləri "Çelsi"nin keçmiş icraçı direktoru Pol Smitlə birgə bununla bağlı danışıqlara başlamağa hazırlaşırlar.Onlar əvvəlcə həftəsonu tanınmış futbol məsləhətçisi Kit Harrislə klubun satışı ilə əlaqədar görüşmək niyyətindədirlər.
Harris "Çelsi", "Tottenhem", "Mançester Siti", "Fulhem", "Vest Hem" və "Everton" kimi klubların satışında müşahidəçi kimi iştirak edib.
"Sanderlend"in sahibi Ellis Şortun İngiltərə Premyer Liqanı tərk edən klub üçün 80 milyon funt sterlinq tələb etdiyi bildirilib.
Razılıq əldə olunacağı təqdirdə, klubun yeni rəhbəri Alan Pardyu olacağı iddia edilib. T. Adams isə bu komandada baş məşqçi kimi çalışmaqda maraqlıdır.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı