“Ronaldo əvəzolunmaz deyil” – Luiş Fiqu

“Ronaldo əvəzolunmaz deyil” –  Luiş Fiqu
XƏBƏR 22 İyun 2017 / 14:14 4369
-  A +

Portuqaliya millisinin sabiq futbolçu Luiş Fiqu “Real”ın futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılması xəbərlərinə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu barədə ölkəsinin mətbuatına açıqlama verən  veteran futbolçu Ronaldonun əvəzolunmaz olmadığını deyib:

“Real” kimi komandaların adı klubun prezidenti daxil olmaqla hər kəsin adından böyükdür. Sadəcə, Ronaldo yox, heç kimin əvəzolunmaz olmadığını düşünürəm”.

O, həmyerlisinin Madrid klubundan ayırlmayacağına inanmadığını da söyləyib: “Bu, onun şəxsi qərarıdır. Əgər kimsə bir şeyin həqiqətən olmasını istəyirsə, alınacaq.  Ancaq mən Kriştianonun “Real”dan ayrılacağını düşünmürəm”.

Qeyd edək ki, 2000-ci ildə 60 milyon avroya “Barselona”dan “Real”a keçən Fiqu Madrid klubu ilə iki dəfə La Liqa çempionluğunu və ölkə kubokunu qazanıb. Bir dəfə isə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Son xəbərlər
topaz banner