“Barselona”nın futbolçusu Lionel Messi ötən il komandadan ayrılmaq istəyib.
Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, 29 yaşlı hücumçu ötən il Argentina millisi ilə Kopa Amerikanın finalında Çiliyə məğlub olduqdan sonra təkcə milli komanda karyerasını başa vurduğunu açıqlamayıb, eyni zamanda Kataloniya klubundan da ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Final oyununda penaltidən yararlana bilməyən argentinalı ulduz matçdan sonra özünü məğlubiyyətə görə günahkar sayıb. Daha sonra İspaniyada vergidən yayınmaqda ittiham olunaraq hakim qarşısına çıxan Lionel hər şeyin üst-üstə gəldiyini görərək “Barselona”dan getmək fikrinə düşüb.
Sabiq baş məşqçisi Pep Qvardiolanın çalışdırdığı “Mançester Siti”yə keçmək istəyən Messini bu fikrindən komanda yoldaşı Luis Suaresin yayındırdığı iddia olunur.
Qeyd edək ki, “Barselona” müqaviləsi 2018-ci ildə bitən L.Messi ilə yeni müqavilə imzalamaq üçün çalışmalarını davam etdirir
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida