“Müqaviləmin sonuna qədər burada qalacağam” - Aquero

“Müqaviləmin sonuna qədər burada qalacağam” -  Aquero
XƏBƏR 21 İyun 2017 / 01:50 4032
-  A +

Serxio Aquero “Mançester Siti”dən ayrılacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı forvard hazırda klubunu dəyişmək barədə düşünmədiyini bildirib:

“Mançester Siti” ilə hələ 2 illik müqaviləm var. Bu klubda olmaqdan məmnunam. Ona görə də müqaviləmin sonuna qədər “Mançester Siti”də qalacağam. Hazırda bütün fikrimi işimə yönəltmişəm”.

Qeyd edək ki, son mövsüm Aquero bütün turnirlər nəzərə alınmaqla 45 oyunda 33 qol vurub.

Son xəbərlər
topaz banner