Debüt oyununda “Qarabağ”ı məyus etdi

Debüt oyununda “Qarabağ”ı məyus etdi
XƏBƏR 21 İyun 2017 / 00:00 5258
-  A +

“Qarabağ” Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə Rusiya “Axmat”ına 0:1 hesabı ilə uduzub.

Qol.az-ın məlumatına görə, Qroznı təmsilçisinə qələbə gətirən qolu Ravanelli Ferreyra vurub.

Maraqlıdır ki, 19 yaşlı futbolçunun “Axmat”la müqavilə imzaladığı bu gün ictimaiyyətə rəsmən açıqlanıb.

Klubun rəsmi saytı oyundan öncə braziliyalı ilə 4 illik müqavilə imzalandığını bəyan edib. Ravanelli yeni klubundakı ilk oyununu “Qarabağ”a qarşı keçirib və debüt görüşündə fərqlənməyi bacarıb.

Son xəbərlər
topaz banner