“Komandamdan heç kimi Ronaldo və ya Messiyə dəyişmərəm”

“Komandamdan heç kimi Ronaldo və ya Messiyə dəyişmərəm”
XƏBƏR 20 İyun 2017 / 00:35 5624
-  A +

“Beşiktaş”ın müdafiəçisi Duşko Toşiç maraqlı açıqlaması ilə gündəmə gəlib.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, serb futbolçu komanda yoldaşlarını Messi və Ronaldodan üstün tutub:

“Komandamdan heç kimi Messi və ya Ronaldoya dəyişmərəm. Öz klubumu və komanda yoldaşlarımı çox sevirəm.

Bir neçə dəfə Ronaldoya qarşı oynamışam. Heç bir halda o, qeyri-adi nə iləsə yadda qalmayıb. Ronaldo sanki həmin matçlarda meydanda yox idi”.

Son xəbərlər
topaz banner