Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qəbələ” “Yaqelloniya” (Polşa)/“Dinamo” (Gürcüstanın) cütünün qalibi ilə qarşılaşacaq.
Qol.az-ın xəbərinə görə, hazırda Avstriyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk püşkatmayla bağlı sport24.az-ın suallarını cavablandırıb.
- Təcrübə göstərir ki, püşkatmaya heç vaxt xüsusi diqqət ayırmırsınız. Bu dəfə də istisna olmadı?
- Tamamilə doğrudur. Bəxtimizə kimin çıxacağına təsir qüvvəmiz yoxdur. Bu səbəbdən də hansısa həyəcan, arzu, istək, plan, proqnozum yox idi. Kim çıxacaq, onunla da oynamalıyıq. Bu qədər sadə.
- Ancaq artıq potensial rəqiblərinizi tanıdınız.
- Avrokuboklarda zəif komanda iştirak edə bilməz. Həm “Yaqelloniya”, həm də Batumi “Dinamo”suna böyük hörmətlə yanaşırıq. İndi işimiz bir az da artdı. Çünki komandamın daxili məsələlərinə Avropa Liqsındakı potensial rəqibləri öyrənmək də əlavə olundu. Nə gizlədim, indi komandam nə daxili, nə də beynəlxalq arenada çıxış etməyə hazır deyil. Hələ görüləsi xeyli işimiz var. Bax, buna da vaxt və çarə tapmaq gərəkdir.
- Polşa və Gürcüstan təmslçiləri. Ötən mövsüm “Qəbələ” Gürcüstanın digər təmsilçisinə master-klass keçdi. Yenə “bicolar”la oynamaq istəyirsiniz, yoxsa “panlar” daha cəlbedici gəlir?
- Bu komandaların heç birinə bələd deyiləm. Ancaq coğrafi baxışa söykənərək ehtimal edirəm ki, tam fərqli futbol məktəblərinin təmsilçiləri ilə qarşılaşa bilərik. Yalnız dərin təhlildən sonra hansı rəqibin bizə daha münasib olacağına dair fikir yürüdə bilərəm.
- Ancaq hər iki ölkə sizə qonşu düşür: Polşa Ukraynayla qonşudu, Gürcüstan isə 3-cü ildi yaşadığınız Azərbaycanla...
- Doğrudan da elədir! Deməli, hara getsəm, qonşularımla oynayacam (gülür). Tam fərqli rəqiblərdir. Və yenə də deyirəm, bizim istəyimizlə həmin cütlüyün qalibi müəyyənləşməyəcək. Növbəti mərhələyə kim çıxsa, “Qəbələ” də onunla qarşılaşacaq.
- Bu komandalar arasında baş tutacaq iki oyundan heç olmasa birini stadiondan şəxsən izləmək fikriniz yoxdur?
- Bütün hallarda hər iki komandanı diqqət mərkəzində saxlayacağıq. Minimum bir oyunda da təmsilçimizin stadionda olacağını düşünürəm. Ancaq mənim işlərim başımdan aşır. Yəqin ki, köməkçilərimdən birini göndərərəm.
- Ağrılı mövzuya da toxunaq. Artıq püşkatma da arxada qaldı, “Qəbələ” isə yola saldığı futbolçuların yerini doldurmur ki, doldurmur.
- Tamamilə haqlısınız. Biz də gözəl başa düşürük ki, yubanırıq. İyulun 13-də ilk oyuna çıxmalıyıq. İyulun 12-də sıralarımıza oyunçu qatacağıqsa, o, bizə ertəsi gün kömək edə bilməyəcək. Hazırlıq keçməlidir, formaya düşməlidir, ümumi ansabla oturuşmalıdır, ondan nə istədiyimizi qavramalıdır. Bütün bu komponentləri biz də gözəl başa düşürük. İnanın, indiki vəziyyətdə sutka ərzində ən çox vaxtımı alan məhz bu məsələdir. Baş sındırırıq, düşünürük, götür-qoy edirik. Onsuz da alternativimiz yoxdur. Mütləq yeni transferlər etməliyik. Ancaq bu, nə qədər tez baş versə, bir o qədər işimizə daha faydalı olacaq.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"