Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 4 boksçusunun ilk rəqibi müəyyənləşib.
Azərbaycan Boks Federasiyasında Qol.az-a verilən məlumata görə, 52 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.
Dünya çempionumuzun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda İstvan Şakanı (Macarıstan) 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından 1/8 finalda Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan Elvin Kappai ilə iyunun 19-da döyüşəcək.
56 kq çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə Antoni Ceyms Uolkerlə (İrlandiya) gücünü yoxlayacaq. Təmsilçimizin rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.
69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Simyon Çamovla (Bolqarıstan) qüvvəsini sınayacaq. Həmyerlimizin rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində Anas Messaudini (Belçika) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan Bağırovla qarşılaşmaq hüququ əldə edib. Pərvizin ilk görüşü iyunun 19-da olacaq.
Abdulqadir Abdullayev (91 kq) isə startda Şott Antoni Forresti (Şotlandiya) sınağa çəkəcək. Bu boksçu 1/16 finalda Zoran Radiçi (Serbiya) 5:0 hesabı ilə məğlub edib. Təmsilçimizin şotlandiyalı ilə qarşılaşması iyunun 20-də keçiriləcək.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər