“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin Qol.Az saytına müsahibəsi
- Dünən kubokun 1/4 final mərhələsinin cavab oyununda öz meydanınızda “Qarabağ”a qalib gəldiniz. Oyunu necə dəyərləndirirsən?
- Ümumiyyətlə, heç bir oyun yüngül olmur. Quzanlıda qeydə alınan ilk nəticədən sonra bizə qələbə qazanmaq lazım idi. Gərgin matç keçdi. Artıq dünənki oyun keçmişdə qaldı. İndi gələcəyə baxmalıyıq.
- Komandanın oyunu barəsində nə deyə bilərsən? “Xəzər Lənkəran”ın göstərdiyi futbol səni qane etdi?
- Məncə, bu sualı baş məşqçiyə ünvanlasanız, daha yaxşı olar. Mən öz oyunuma cavabdehəm. Oyundan bir gün qabaq məşq etmişdim. Həkimlər sual verdilər ki, “özünü yaxşı hiss edirsən?”. Dedim “hə”. Əsas odur ki, top buraxmadım və oyun vaxtı ayağım ağrımadı.
- Dünənki oyun bir növ ağır mübarizə şəraitində keçdi. Bir sıra qalmaqallı məqamlar oldu...
- Biz özümüz bilirik ki, futbolçuların xarakteri necədir. Kim ne edir, necə edir yaxşı bilirik. Sadəcə, mən “Qarabağ”a yalnız «afərin» deyə bilərəm. Doqquz nəfərlə o cür mübarizə apardılar. Bununla belə, komandanın böyük səhvləri oldu.
- Matçın 87-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun qırmızı vərəqə aldığı epizod barəsində klub tərəfindən narazılıqlar yaranıb...
- Nə bilim, vallah. Bu , hakimin öz fikridir. Amma fikrimcə, Rəşad Sadiqova qırmızı göstərməkdənsə, Maksimə, Zaur Həşimova sarı vərəqə göstərmək lazım idi. Çox sərt oyun göstərirdilər. Birdə ki, əgər hakim vərəqəni göstəribsə, artıq bu barədə danışmaq gecdir.
- “Qarabağ” klubu görüşün baş hakimi Vüsal Əliyevin qərarlarını araşdırması üçün PFL-ə məktub ünvanlayıb. Məktubda hakimin görüşü birtərəfli idarə etdiyi bildirilir.
- Hakimin bu görüşü birtərəfli idarə etdiyini demək doğru deyil. Bilirsiniz, hakim də səhv edə bilər. Qarabağ hamımızın yaralı yeridir. Amma bu futboldu. Uduzmaqla gərək barışasan. Biz futbolçuların bu məsələyə qarışması düzgün olmazdı. “Qarabağ” bu məsələni özü federasiya ilə aydınlaşdıracaq. Biz, sadəcə, futbol oynamışıq. Zaman-zaman “Xəzər Lənkəran” klubuna qarşı da haqsızlıqlar olub. Biz də uduzmuşuq. Yəni futbolda belə şeylər olur. İnsan da səhv edə bilər. Amma bu o demək deyil ki, görüş başlayandan etibarən Vüsal Əliyev bizə kömək etməyə başladı. Yox. Belə demək haqsızlıqdı. Biz də meydançada qaçırıq, tər tökürük. Məgər, “Qarabağ” qol vurdu ki, hakim onu saymadı?! Bir sıra epizodları oldu. Elvin Məmmədovun, elə Elnurun özünün qol imkanları oldu. Vuraydılar, qol hesaba alınardı. Bundan sonra o qolu kim onların əlindən alacaqdı?
- “Qarabağ” sonadək müqavimət göstərdi. Hətta 9 nəfərlə qaldıqda belə hücumlar təşkil edirdi. Rəqibdən belə oyun gözləyirdin?
- Təbii ki. Bilirdik ki, “Qarabağ” sonadək vuruşacaq. Hər halda əgər uduzsaydıq, biz də dava salardıq. Bu normal haldır. Şəxsən mənə bir oyunçu kimi onların dünən göstərdikləri futbol ləzzət elədi. Çünki kişi kimi xarakterlərini göstərdilər, 9 nəfərdə qalsalar da sonadək «vuruşdular». Bu oyun hər bir komandaya nümunə olmalıdır. Amma “Xəzər Lənkəran” da Azərbaycanda sayılıb-seçilmiş komandadır. Komandamız sıradan heyətə malik bir klub deyil. “Xəzər Lənkəran”la başabaş oynamaq, hətta heç-heçə etmək özü qələbəyə bərabərdir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi