«Qarabağ»ın yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az-a müsahibəsi
- Dünən «Xəzər Lənkəran»la oyunda qırmızı vərəqə aldığın epizodla bağlı nə deyə bilərsən?
- Hamı gördü ki, orada qırmızı vərəqəyə gətirə biləcək qayda pozuntusu olmamışdı. Vüsal Əliyev birinci sarı vərəqə çıxardı, sonra mənə «qırmızı» göstərdi. Vüsal heç özü də bilmədi nə qərar verdi. Əgər mənə qırmızı göstərmişdisə, o zaman Adamiyaya qarşı «podkat»a görə də rəqib futbolçunu meydandan çıxarmalıydı.
- Vüsal Əliyev bildirib ki, sən rəqibin ayağına arxadan bilərəkdən zərbə endirmisən, ona görə qırmızı vərəqə göstərib.
- Bu adi oyun epizodu idi. Həmin məqamı kameralar da çəkib. Özləri də baxsınlar, əmin olacaqlar ki, qırmızı vərəqəlik nəsə yox idi.
- Səncə, hakim sənə qarşı qərəzli idi?
- Bir daha deyirəm, o mənə sarı vərəqə verməliydi. Sualınıza gəlincə, mən bu haqda həç nə demək istəmirəm, hər şey göz qabağında idi.
- Məğlubiyyətinizin səbəbini nədə görürsən?
- Ağır oyun keçdi. Biz çox yaxşı oynadıq. On nəfərlə də, doqquz nəfərlə də qalanda sonadək mübarizə apardıq. Hətta son dəqiqələrdə yüz faizlik qol imkanımız oldu. Bəxtimiz gətirmədi.
- «Qarabağ» bundan əvvəl «Bakı»ya uduzmuşdu. Komandanız «Xəzər Lənkəran»la oyuna psixoloji tərəfdən hazır idi?
- Bəli. Bu oyuna çox yüksək-əhval ruhiyyədə çıxmışdıq. 9 nəfərlə qalanda belə ruhdan düşmədik. Dediyim kimi, mübarizəni sonadək davam etdirdik. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni etdik, amma alınmadı.
- Komandanızın son uğursuzluğuna millinin təlim-məşq toplanışları səbəb ola bilərmi?
- «Bakı»yla oyunda çox yorğun idik. Rəqib bizdən çox üstün oynadı. Həmin oyunda elə bil meydanda gəzirdik. «Qarabağ» özünə bənzəmirdi. Amma «Xəzər Lənkəran»la oyunda fiziki cəhətdən rəqibdən üstün olduq.
- Qarşıda «Qəbələ» ilə ağır oyununuz var. Bu matça toparlana biləcəksiniz?
- Biz peşəkar komandayıq. Son iki məğlubiyyəti unudub fikrimizi çempionata yönəltməli və avrokuboklarda oynamaq üçün bizə layiq olan yeri tutmalıyıq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi