«Neftçi»nin baş məşqçisi Arif Əsədov Unibank Premyer Liqasının ilk turunda «İnter»ə qarşı keçirilən oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- 1:1 hesabı ilə başa çatan bu matçda komandanız istədiyiniz oyunu tam ortaya qoya bildi?
- İdeal oyun deyilən bir şey yoxdur. Amma futbolçular mənim verdiyi taktiki göstərişləri haradasa 70-80 faiz yerinə yetirə bildilər.
- Komandanız qələbə qazana bilməsədə də, hər halda müsbət təsir bağışladı. «Neftçi»nin ağır günlərinin arxada qaldığını demək olar?
- Hələ kubokda «İnter»lə qarşılaşanda biz birinci hissəni yaxşı keçirdik. Çempionat matçında isə həmin oyunumuzu daha da təkmilləşdirdik. Biz fəaliyyətimizi bu istiqamətdə davam etdirsək, inanıram ki, çox yaxşı olacaq. Amma hələlik komandanın oyununda müəyyən boşluqları görürəm.
- Konkret hansı mövqelərdə?
- Bunu mətbuata açıqlamaq istəməzdim. Qısaca olaraq onu deyim ki, müdafiə xətti ilə hücum arasında boşluqlar mümkün qədər az olmalıdır. Kompakt şəkildə oynamaq lazımdır.
- «İnter»lə matçda oyuna tam nəzarət etsəniz də, hücum xəttiniz dişsiz göründü. Hətta qolu da penaltidən vurdunuz.
- Həmin epizodda qayda pozuntusu var idi. Konkret hücum xəttinə gəlincə, son iki oyundur çoxlu sayda qol imkanı yaradırıq. Əgər belə vəziyyət yaxalayırıqsa, deməli, qol da vuracağıq.
- Hər halda, hücum xəttində problemlər açıq-aydın görsənir.
- Son iki qarşılaşmada dörd hücumçunu yoxladım. Baxacağıq, hansılar ki, etimadı doğruldacaq, onlara üstünlük verəcəyəm. Sadəcə, bizə vaxt lazımdır ki, hücumçuları komandanın taktiki sxeminə uyğunlaşdıra bilim.
- Araz Abdullayev son oyunda özünü yaxşı tərəfdən göstərə bildi. Sizcə, «Neftçi»nin məşqçiləri Arazı start heyətinə indi daxil etməklə gecikməyiblər?
- Arazın potensialından bundan əvvəl də istifadə etmək olardı. Amma hər şeyin öz vaxtı var. Mən özüm risk etməyi xoşlayıram. Həm də gənc futbolçuların potensialına bələdəm. Onlar mənim əlimin altında «Neftçi»nin əvəzedici heyətində oynayıblar. Qarşıdakı oyunlarda da komandamızda əvəzedici heyətin yeni gənc futbolçularını görəcəksiniz. Onlardan bəziləri nəinki «18-lik»də, hətta əsas heyətdə də yer ala bilərlər. Mən bu futbolçulara güvənirəm. Onlar ötən il əvəzedicilər arasında Azərbaycan çempionu olublar.
- Adlarını açıqlaya bilərsiniz?
- Hələlik «İnter»lə kubok oyununun «18»liyini müəyyənləşdirməmişəm.
- «Neftçi» «İnter»ə qol vurduqdan sonra Araz Abdullayevi niyə əvəzlədiniz?
- Oyunun sonlarına yaxın onun yorğunluğu hiss olunurdu. Həm də Arazın yerinə Karlosu meydana buraxdıq ki, oyunumuz daha da güclənsin. Ümumiyyətlə, son matçda heç kimi zəif oyuna görə əvəzləmədik.
- «Neftçi» rəhbərliyinin «İnter»lə son oyuna münasibəti necə oldu?
- Bu sualı onların özünə ünvanlasanız, daha yaxşı olardı.
- Martın 17-də yenə «İnter»lə oynayacaqsınız. Bu dəfə kubokun cavab matçında. Sizcə, üç top fərqli ilə uduzan «Neftçi»nin növbəti mərhələyə çıxmaq şansı qalıbmı?
- Şans həmişə var. Qalib o komanda olur ki, sonadək mübarizə aparır. Biz ilk oyunda uduzsaq da, hər halda ruhdan düşmürük. Mübarizəmizi axıradək davam etdirəcəyik.
- Zaur Tağızadənin «Bakı» ilə oyunda meydana çıxacağı söylənilir.
- Zaur bu gün üçün oyunlara tam hazır deyil. Sevindirici haldır ki, o, artıq komandanın ümumi məşqlərində iştirak edir. Hələlik biz onu qoruyuruq. Bu gün süni örtüklü meydançada oynamaq və ya məşq etmək Zaur üçün təhlükə yarada bilər. «Bakı» ilə martın 21-i keçirəcəyimiz matçda isə, Zaur 100 faiz oynamayacaq.
- Ümumiyyətlə, «Bakı» ilə oyundan gözləntiləriniz nədir?
- İndi biz ancaq «İnter»lə oyun haqda fikirləşirik. Bu matçı yola verək, sonra «Bakı» ilə qarşılaşma barədə də danışarıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi