Unibank Premyer Liqasının final mərhələsinin ilk turunun «Bakı» - «Qarabağ» oyununun (2:0) qəhrəmanlarından olan Fabio Luis Ramim Qol.Az saytına müsahibə verib.
- İlk öncə dünənki qarşılaşma ilə bağlı fikirlərini bilmək istərdik. Çoxları düşünür ki, «Bakı» dünən ən yaxşı oyunlarından birini nümayiş etdirdi.
- Mən də hesab edirəm ki, çox yaxşı oynadıq. Xüsusilə «Qarabağ» kimi bir komandayla görüşdə belə futbol nümayiş etdirmək və ən əsası qələbə əldə etmək bizi yalnız məmnun edə bilər. Bu qələbənin komandamıza psixoloji tərəfdən də çox böyük faydası dəydi. Fikrimcə, gələcəyə ümidlə baxmaq olar.
- Komandanızda müsbətə doğru hansısa irəliləyişlər görürsən?
- Təbii. Bu oyundan əvvəl komandamızın rəhbərliyi və məşqçilərin biz futbolçularla ciddi söhbəti olmuşdu. Qarşımıza yalnız qələbə qazanmaq məqsədi qoyulmuşdu. Biz də dünən sonadək mübarizə aparıb üç xal əldə etdik.
- Vurduğun qolu kimə həsr elədin?
- Borets mənə çox yaxşı ötürmə verdi. Ümumiyyətlə, o, güclü futbolçudur. Qolu isə «Bakı»da əməyi olan bütün şəxslərə, azarkeşlərimizə həsr elədim. Birdə ki, əsas mənim qol vurmağım deyil, komandamızın qələbəsidir.
- Səncə, bu cür oyunla «Bakı» çempionatın sonunda məqsədinə nail ola biləcəkmi?
- Biz çox böyük və iddialı komandayıq. Ona görə də qarşımızda həmişə yüksək hədəflər qoyulub. Düşünürəm ki, çempionluğu və kuboku qazanmaq üçün daha səylə çalışmalıyıq.
- Həm çempionluq, həm də kubok. Səncə, bunları əldə etmək sizin üçün çətin olmayacaq?
- Əlbəttə, heç nə asan başa gəlmir. Amma bizim potensialımız bu uğurları qazanmağa imkan verir.
- Bir çox futbol mütəxəssisi hesab edir ki, «Qarabağ» dünən bu mövsümdə ən zəif oyununu keçirdi. Sən necə fikirləşirsən?
- Düzü, məni dünənki qarışlaşmada «Qarabağ»ın hansı oyun nümayiş etdirməsi qətiyyən maraqlandırmırdı. Mən yalnız öz komandamın oyununa baxırdım. Ümumilikdə isə, dediyim kimi, «Qarabağ» çox güclü komandadadır və belə bir klubdan xal almaq asan başa gəlmir.
- «Bakı» ilə müqavilən nə zaman bitir?
- Bu mövsümün sonunda. Komandada qalıb-qalmayacağım haqda isə indidən nəsə deyə bilmərəm. Hazırda məni yalnız «Bakı»nın uğurları maraqlandırır. Çox istəyirəm ki, bu komanda ilə növbəti dəfə Azərbaycan çempionu olam və kuboku qazanam.
- Yerli və xarici klublardan təkliflər almısan?
- Bəli. Amma mən indi bu barədə danışmaq istəmirəm. Dediyim kimi, yalnız «Bakı»nın qarşıdakı oyunları haqda düşünürəm.
- Növbəti oyununuzu ölkə kubokunun 1/4 final mərhələsində «Standard»a qarşı keçirəcəksiniz.
- Biz «Standard»a hörmət edirik və bu komandanı çətin rəqib sayırıq. İlk oyunda 1:1 hesabı qeydə alındığından bizə rəqib meydanındakı təkrar qarşılaşmada qələbə qazanmaq lazımdır. Düzdür, çox çətin olacaq. Amma düşünürəm ki, bu oyuna yaxşı köklənə bilsək, istədiyimizə çata biləcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi