“Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- Komandanız sabah ikinci “altılığ”ın ilk görüşündə “Standard”ı qəbul edəcək. Oyuna hazırlıqlar necə gedir?
- “Standard”la matça həmişəki qaydada hazırlığı davam etdiririk. Bəzi futbolçularımızın zədəlili olması bizi narahat etməyə bilməz. Roman Qoqinaşvili və Nduka Usim dizindən zədə alıb. Onların bu oyunda iştirak etməyəcəkləri dəqiqdir. Tərlan Xəlilov və Aqil Nəbiyevin də kiçik zədəsi var. Bugünkü məşqdə həkim müayinəsindən sonra sonuncuların sabahkı matçda iştirak edib-etməyəcəyi dəqiq bəlli olacaq. İkinci “altılıq”da yerimizi möhkəmləndirdiyimizdən cavan oyunçulara yer vermək istəyirik. Təəssüf ki, hələ belə cavan oyunçularımız yoxdur. Komandamızdakı hər bir futbolçunun qarşısında məqsəd var. Əgər onlar meydana çıxırlarsa, sonadək mübarizə aparmalıdırlar.
- Ümumiyyətlə komandada əhval-ruhiyyə necədir?
- Normal. Hər şey qaydasındadır. Bütün oyunlarda olduğu kimi sabahkı matçda da məqsədimiz yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaqdır. Hər klubun öz imici var. Məqsədimiz bu imici saxlamaqdır.
- Dünən “Olimpik-Şüvəlan” “Simurq”la martın 20-də keçirilməsi nəzərdə tutulan oyunun martın 23-nə keçirilməsi xahişi ilə PFL-ə müraciət etsə də, qurum buna rədd cavabı verib. PFL prezidenti Ramin Musayev bu gün saytımıza açıqlamasında “zəhmət çəkib, bayram günü də futbol oynasınlar deyib”. Bu fikirlərə münasibətiniz necədir?
- Bilirsiz, Novruz bayramı bizim müqəddəs bayramlarımızdan biridir. Necə olur ki, digər bayramlarda cədvəli dəyişmək fikrinə düşürlər və hətta dəyişirlər də. Əgər biz Azərbaycan milli çempionatında çıxış ediriksə və ölkəmizin ən gözəl bayramı Novruzdursa, bu günə oyun salmaq olarmı? Hətta biz “Simurq”a da məktub göndərmişdik. Onlar da razılıq vermişdilər. Bəzi tarixi gözəl günlərimiz var. Fikrimcə, təqvimi də tərtib edərkən elə etmək lazımdır ki, həmin günlərə oyun düşməsin. Bu müqəddəs bayramda hər kəs öz evində, ailəsinin yanında olmaq istəyər. Daha həmin gün futbol oynayamazlar. Fikrimcə, təkcə bizim klub yox elə, bütün klublar həmin günü futbola yox, bayrama köklənəcəklər. Bu məsələdə PFL-lə aramızda heç bir inciklikdən söhbət gedə bilməz. Sadəcə, işimizin daha yaxşı gedişatı üçün belə bir təkliflə quruma müraciət etdik. Elə sizin saytınız vasitəsilə üzümüzə gələn Novruz bayramı münasibətilə bütün azərbaycanlıları təbrik edirəm. Onlara can sağlığı və firavan həyat arzu edirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi