Unibank Premyer Liqasının final mərhələsinin startına bir gün qalmış «Qəbələ» klubunun vitse-prezidenti Fariz Nəcəfov Qol.Az saytının suallarını cavablandırıb.
- «Qəbələ» «altılıq»da ilk oyununu çempionatın favoritlərindən hesab edilən «Xəzər Lənkəran»la səfərdə qarşılaşacaq. Komandanızı güclü rəqiblə oyuna tam hazır saymaq olar?
- Bu suala baş məşqçimizin cavab verməsi daha yaxşı olardı. Amma məndə olan məlumata görə, «Qəbələ» ümumilikdə bu oyuna hazırdır. Yalnız bir-iki futbolçumuzun zədəsi var.
- «Qəbələ» altılıqda ən az xalı olan komandadır. Cəmi 7 xal. Sizcə, məsələyə real baxsaq, bu vəziyyətdə komandanız neçənci yeri tuta bilər?
- İndidən hansısa proqnoz vermək çətindir. İnşallah, bizim də inamımız odur ki, «Qəbələ» komandası hansı pilliyə layiqdirsə, orada da olacaq. Komandamızın irəli getməsi üçün heç bir maneə görmürəm. «Altılıq»dakı komandalardan «Neftçi»ni evdə udmuşuq, səfərdə heç-heç etmişik. «İnter»ə qarşı həm Bakıda, həm də Qəbələdə nə cür oyun nümayiş etdirməyimizdən yəqin ki, xəbəriniz var. Bir sözlə, hesab edirəm ki, yüksək yerlər tutmaq şansımız var.
- Ümumiyyətlə, rəhbərlik səviyyəsində komandanızın qarşısında hansı vəzifə qoyulub?
- Hələ mövsümün əvvəlində də demişdim ki, «Qəbələ»nin məqsədi ilk altılığa düşməkdir. Bu istəyimizə nail ola bildik. Komandamızın bütün oyunları rəhbərlik səviyyəsində izlənilir. Konkret sizin suala gəlincə, «altılıqda» «Qəbələ»nin qarşısına hansısa hədəf qoyulmayıb. Amma düşünürük ki, avrokuboklara vəsiqə qazanmaq iqtidarındayıq. Komandamızın gücü və əzmkarlığı bu istəyimizi gerçəkləşdirməyə imkan verir.
- Belə başa düşdüm ki, «Qəbələ»nin hədəfi yenə dəyişməyib: gələcəyin komandasını yaratmaq.
- Bəli. İnşallah, növbəti mövsümdə fərqli «Qəbələ» görəcəksiniz.
- Nə kimi yeniliklər olacaq? Siz də supertransferlər edəcəksiniz?
- Belə bir fikrimiz var. Amma hələlik bu barədə ətraflı nəsə demək istəməzdim. Çünki kifayət qədər vaxtımız var. Yaxın günlərdə bununla bağlı qərar verəcəyik.
- Əvvəlki açıqlamalarınızda bildirmişdiniz ki, «Qəbələ»yə qarşı təzyiqlər var, hətta oyun altı-satqılarına da işarə vurmuşdunuz. Eyni hallar «altılıq»da da təkrarlana bilərmi? Nəzərə alaq ki, final mərhələsində hər bir xal bütün komandalar üçün qızıl dəyərindədir.
- Razıyam. Amma mən təbii ki, digər komandaların adından danışa bilmərəm. Şəxsən «Qəbələ» heç vaxt heç bir komanda ilə gizli danışıqlara getməyəcək. Bu, mümkün deyil. Digər komandalara da belə addım atmağı arzulamıram. Ümid edirəm ki, bütün komandalar halal zəhmətləri hesabına layiq olduqları yeri tutacaqlar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi