“Neftçi” klubunun müdafiəçisi Rail Məlikov Qol.Az saytına müsahibəsində ölkə kubokunun 1/4 final mərhələsinin «İnter»ə qarşı keçirilən oyunda alınan acınacaqlı məğlubiyyətdən sonra komandalarındakı durum barədə danışıb
- Hazırda «Neftçi»də əhval-ruhiyyə yaxşı deyil. Durub yalandan niyə deyim ki, artıq yüz faiz özümüzə gəlmişik. Belə deyil axı. Tam olaraq özümüzə gəlməmişik. “İnter”ə belə məğlubiyyəti gözləmirdik. Bu məğlubiyyətin təsadüfi olduğunu şənbə günü sübut edəcəyik. Bütün kollektiv olaraq buna tam hazırlaşırıq.
- “İnter”lə kubok matçında komandanız yaxşı oyun göstərsə də, uduzmalı oldu. Məğlubiyyətin səbəbləri nə idi?
- Adamın Allah olar, ilk hissə “İnter”dən daha üstün oynadıq. Mən hətta oyunun gedişatında fikirləşirdim ki, bir-iki qol vuracağıq. Nədənsə alınmadı. Sadəcə, onu deyə bilərəm ki, ilk qoldan sonra komanda «sındı». İkinci qolda isə rəqib bizi əks-hücumda yaxaladı.
- Şənbə günü XXIII turun oyunları çərçivəsində “Şəfa”da yenidən “İnter”lə qarşılaşacaqsınız...
- Bayaq qeyd etdiyim kimi, kubokdakı məğlubiyyətin təsadüf olduğunu sübut etmək istəyirik. Mən inanıram ki, oyun gününə kimi uşaqları toparlayıb hazır vəziyyətdə olacağıq.
- Hər halda “altılığ”ın ilk oyununa “İnter” üzərində qələbə ilə başlamaq “Neftçi” üçün yaxşı bir dirçəliş olar...
- Sizinlə razıyam.
- Ümumiyyətlə komandanın ilk “altılıq” şanslarını necə dəyərləndirirsən?
- «Altılıq» bütün komandalar üçün bərabər səviyyədədir. Bütün qərarlaşan komandalar hamısı güclü və layiqli rəqiblərdir. Şansımızı çox yaxşı dəyərləndirirəm. Ən əsası hər şey “İnter”lə oyundan asılı olacaq. Birinci oyunu necə başlasaq, elə də davam edəcək.
- Artıq kubokda hər şeyin “Neftçi” üçün bitdiyini söyləmək olar?
- Düzdür, azareşlərin 70 faizi artıq “Neftçi”nin kubokdan əlini üzdüyünü söyləyir. Hələ ki, heç nə itirilməyib. Əgər onlar bizə 3 qol vurublarsa, biz niyə 4 qol vurmayaq? Bu komandanın adı “Neftçi”dir axı. Ümid sonda ölür.
- Bir neçə gün öncə mətbuatda sənə xarici klublardan təklif gəldiyi haqda məlumatlar yayıldı. Bu nə dərəcədə realdır?
- Hər bir futbolçunun məqsədi odur ki, xaricdə legioner həyatı sürsün. Nə qədər təklif olsa da, sonuncu sözü klubumuzun prezidenti deyəcək. Çünki Sadıq müəllim bizə prezidentlikdən başqa həm də ata kimidir. Yəni ki, burda bir problem yoxdur. Qal desə, qalacağam, get desə, gedəcəyəm.
- Konkret olaraq Norveç klublarından birinin səninlə maraqlandığı bildirilir.
- Vallah, mənim şəxsən özümün heç kimlə danışıqlarım olmayıb. Heç “Neftçi” ilə də əlaqə saxlamadıqlarını bilirəm. Bu barədə heç bir məlumatım yoxdur. Yalnız mətbuatdan oxumuşam ki, mənim oyunumu görüb bəyəniblər. Ortada konkret heç nə yoxdur.
-
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi