Milli komandamızın və Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Vaqif necəsən? Zədən nə yerdədir?
- Təşəkkür edirəm. Hazırda sağalma prosesi gedir. Az qalıb, inşallah ən qısa vaxtda tam hazır olacağam.
- Artıq bir müddətdir ölkədən kənardasan. Hollandiyaya tam adaptasiya ola bilmisən?
- Mən nə qədər burda yaşasam da, yenə də özümü Bakıdakı kimi hiss edə bilməyəcəm. Düzdür, problemli bir şey yoxdur. Amma yenə də vətən başqadır.
- Bir müddət öncə valideynlərin də Hollandiyaya yollanmışdı. Geri döndülər?
- Xeyr, hələ də mənimlə birlikdə buradadırlar.
- Milli komandamızın keçirdiyi son iki yoxlama görüşləri haqda sənin də fikirlərini bilmək istərdik…
- Hər iki oyun bir-birindən fərqli idi. Xüsusilə İordaniya ilə matçın ilk hissəsində daha yaxşı oynadıq. Bizə qələbə gətirən amil də erkən qol vura bilməyimiz oldu. Ümumiyyətlə, belə komandalarla oyunda mümkün qədər hesabı tez açmaq lazımdır. Lüksemburqla ikinci oyun isə tamam fərqli oldu. Öz oyunumuzu göstərə bilmədik. Bəlkə də yorğunçuluq burda öz sözünü dedi. Buna baxmayaraq, artıq nəticələr var. Tarixdə isə oyun yox, nəticələr qalır. İnşallah, hər şey daha da yaxşılığa doğru gedəcək.
- Milli komandamıza yeni dəvət olunan Fərid Quliyev, Rauf Əliyev və Əfran İsmayılovun oyunları necə təsir bağışladı?
- Onlarda bir qədər həyəcan hiss olunurdu. Bununla bərabər, özlərini yaxşı tərəfdən göstərə bildilər. Hətta Fəridlə Əfran millinin heyətində ilk qollarını da vurdular. Həm də təkcə qol vurmaqla deyil, ümumi planda bütün komandaya xeyir verə bildilər. İnanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəklər. Hər birinə ayrı-ayrılıqda uğurlar arzulayıram.
- Azərbaycan kubokun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ” Quzanlıda “Xəzər Lənkəran”ı məğlub etdi. Matçı izləyə bildin?
- Bəli. Yaşadığım evdə Azərbaycan telekanallarını izləmək imkanım var.
- Komandalar necə təsir bağışladı?
- Əslində çox yaxşı oyun alındı. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Düzdür, güclü külək oyunun daha yaxşı keçməsinə maneçilik törədirdi. Sevinirəm ki, qələbə qazanan tərəf biz olduq. Lənkərandakı səfər oyunu isə çox çətin keçəcək. Amma inanıram ki, sonda qalib yenə “Qarabağ” olacaq.
- “Tvente” son turda qələbə qazanmaqla turnir cədvəlinin zirvəsinə yüksəldi. Hollandiya çempionatının lideri olan bir klubun futbolçusu olmaq necə hissdir?
- Təbii ki, çox sevindirici və qürurverici bir haldır. Çıxıb öz komandama xeyir verə bilmək üçün mən də alışıb-yanıram. İnanıram ki, komandama xeyirim dəyəcək və çempion da məhz biz olacağıq.
- Baş məşqçi Stiv Maklaren səninlə əlaqə saxlayırmı?
- Bəli. Demək olar ki, hər gün görüşürük. Komandamızın baş həkimi hər gün Maklarenə mənim vəziyyətim haqda informasiya verir. Vəziyyətimin necə olması haqda Maklareni xəbərdar edir.
- Bütün azarkeşlər səbirsizliklə sənin “Tvente”nin heyətində meydana çıxacağın günü gözləyir. Vaqif Cavadovu nə vaxt meydanlarda görə biləcəyik?
- Çox şükür ki, artıq pis günlərim geridə qaldı. Allahın köməkliyi ilə 2-3 günə məşqlərə başlayacam. Bundan sonrasını isə zaman göstərəcək. Mən özüm də meydana çıxacağım günü hamıdan çox gözləyirəm. Amma fikrimcə, bu məsələrdə tələsmək olmaz.
- Sonda azarkeşlərə sözünü öyrənmək istərdik...
- Hər kəsə təşəkkür edirəm ki, mənimlə maraqlanırlar, məni sevirlər və mənim oyunumu gözləyirlər. İnşallah, mən də tez bir zamanda onları gözəl oyunumla sevindirməyə çalışacam.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi