«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun və «altılığı»n oyunları, eləcə də AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadənin onun haqqında səsləndirdiyi fikirlərlə bağlı Qol.Az saytına müsahibə verib
- İlk öncə «Xəzər Lənkəran»la kubok oyununa toxunaq. Bu görüşdə «Qarabağ» istədiyiniz oyunu nümayiş etdirə bildimi? Hər halda matçdan əvvəl söyləmişdiniz ki, komandamızın futbolçularının millinin təlim-məşq toplanışında olması oyunumuza mənfi təsir göstərə bilər.
- Bu amil bir az hiss olundu. Kubok qarşılaşmaları çempionat oyunundan həmişə fərqli olur. Biz kifayət qədər güclü rəqibə qarşı oynayırdıq. Bu mənada, deməzdim ki, hansısa böyük çatışmazlıqlar oldu. Düzdür, küləkli hava şəraiti istədiyimiz oyunu tam ortaya qoymağa maneçilik törətdi. Tez-tez top itirirdik. Hər iki hissə komandalar üçün tam fərqli oldu. Futbolçularımız sonadək mübarizə apardılar. Amma qələbə qazanmağımıza baxmayaraq, deməzdim ki, işimizi 100 faiz həll etmişik. Cavab oyunu üçün şansları 50/50-yə dəyərləndirərdim. Hesab edirəm ki, çox çətin cavab qarşılaşması olacaq.
- Cavab oyunundan gözləntiləriniz nədir? Siz «Qarabağ»a gələndən sonra «Xəzər Lənkəran» bir dəfə də olsun sizə qalib gələ bilməyib.
- Bu, bizi qətiyyən arxayınlaşdırmamalıdır. Bu o demək deyil, artıq özümüzü növbəti mərhələdə hiss etməliyik. Əksinə «Xəzər Lənkəran» hər bir rəqibə çox rahatlıqla qalib gəlmək gücündədir. «Qarabağ» özü də bütün komandalar üçün çox çətin rəqib sayılır. Biz hər bir oyuna yalnız qələbə əhval-ruhiyyəsilə çıxırıq. Bu, nə dərəcədə alınır və ya alınmır, artıq başqa mövzunun söhbətidir.
- «Qarabağ»da bu oyunda da hücumçularınız fərqlənə bilmədi, əksinə hər iki qolu müdafiəçilər vurdu.
- Ümumiyyətlə, bizim hücum xətti gənc futbolçulardan təşkil olunub. Əfran İsmayılov zədəsi səbəbindən bu oyunu buraxmaq məcburiyyətində qaldı. Rauf Əliyev və Vüqar Nadirov çox çalışdılar. Onlar qol epizodlarından istifadə edə bilməsələr də, rəqibi narahat edirlər, çalışırlar ki, onları gərginlikdə saxlasınlar. Bununla da komanda yoldaşlarının fərqlənməsinə şərait yaradırlar. Hücumçularımızın qol vura bilməməsi bizi narahat etmir. Əsas odur ki, «Qarabağ» komanda oyunu nümayiş etdirir.
- Hər halda, hücumçularınızın qol vura bilməmək problemini nədə görürsünüz?
- Bütün klublar bizə qarşı məsuliyyətlə oynayırlar. Çalışırlar ki, müdafiədə səhvsiz çıxış etsinlər. Bu səbəbdən hücumçularımız qol vurmaqda çətinliklə rastlaşırlar. Amma belə hallarla hər bir komandanın hücumçusu rastlaşa bilər. Bizi indi sevindirən fakt həm də odur ki, artıq müdafiəçilərimiz də qol vurmağa başlayıb.
- Şəxsən sizin özünüzlə bağlı diqqət çəkən bir məqam var. Bütün oyun boyu, hətta udsanız da, uduzsanız da, komandanız pis oynasa da, özünüzü çox soyuqqanlı aparırsınız. Emosional hərəkətləri yersiz hesab edirsiz?
- Bilirsiniz, oyundan əvvəl futbolçulara bütün tapşırıqları verirəm. Bu mənada, oyunun gedişatı zamanı hansısa hərəkət etməyə ehtiyacım yoxdur.
- Komandanızın futbolçusu Rəşad Sadıqov bildirir ki, ilk üçlüyü tutsanız bu, «Qarabağ» üçün uğur sayılacaq. «Qarabağ»ın vitse-prezidenti isə çempionluq istəyir.
- Bu gün hər bir komanda çempion olmaq arzusundadır. Bizim də istəyimiz odur ki, birinciliyi əldə edək. Klubumuzun rəhbərliyi «Qarabağ»da əsasən yerli futbolçuların çox olması strategiyasını seçib. Məqsədimiz Azərbaycan futboluna, milli komandamıza istedadlı oyunçular bəxş etməkdir. Bəli, çempion olmaq istərdik. Amma düşünürəm ki, ilk "üçlüy"ə düşsək, bunu normal nəticə kimi qəbul etmək lazımdır. Hər halda avrokuboklarda oynamaqla gənc futbolçularımızın təcrübəsi və məsuliyyəti daha da artmış olacaq.
- AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqəlar Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadə sizin və Rəşad Sadıqovun İngiltərə ilə oyundan əvvəl start heyətini müəyyənləşdirdiyinizi, hətta o vaxtkı baş məşqçi Torresin ehtiyat oyunçular skamyasında oturmaması tələbəni irəli sürdüyünüzü bildirib.
- Məzahir müəllimin mənə, mənim də ona həmişə hörmətim olub. Bilirsiniz, insan eləmədiyi bir şey haqda eşidəndə istər-istəməz narahat olur. Elə şeylər deyib ki, adamın lap gülməyi gəlir. Sanki Torreslə bizim söhbətimiz zamanı yanımızda dayanıb, ağzımızdan çıxan sözü eşidib. Mən həmişə öz hərəkətlərimə cavabdeh olmuşam. Biz hansısa məşqçinin işinə qarışmamışıq. Bizim Torresə həm insan, həm də bir məşqçi kimi simpatiyamız olub. Ona hörmətlə yanaşırdıq. Bəzi oyunlardan öncə Torresin özünün istəyinə uyğun olaraq tövsiyələr verirdik. Amma axı, mən bütün start heyətini müəyyənləşdirə bilməzdim. Məzahir müəllim deyir ki, futbolçular İngiltərə ilə oyuna çıxmaq istəmirdilər. Bilmirəm, mənim haqqımda niyə elə fikir səsləndirib. Mən milli komandada hər çətinliyi görsəm də, onun formasını geyinməyi özümə şərəf bilmişəm. Necə ola bilərdi ki, mən oyuna çıxmaqdan imtina edim? Bildirir ki, Elşad Nəsirovla oyunqabağı söhbətimiz olub, guya o, bizi fikrimizdən daşındırıb. Axı, Elşad müəllimlə heç vaxt belə danışımığız olmayıb. Mən Məzahir müəllimdən belə açıqlamalar gözləməzdim. Qarşıdan «altılığ»ın çox çətin oyunları gəlir. Belə bir məqamda mətbuatda «Qarabağ»ın üzvləri haqda belə fikirlərin səslənməsi məni narahat edir. Ümumiyyətlə, son zamanlar mətbuatda bizim haqqımızda dərc olunan bəzi yazılar mənə çox qaranlıqdır.
- Nəyi nəzərdə tutursunuz? Rəşad Sadıqov bildirir ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilir.
- Hər şey düşünmək olar. İşimiz, zəhmətimiz qalıb bir kənarda, son zamanlar belə fikirlər səsləndirirlər ki, guya «Qarabağ»ı çempion etmək, kuboku ona vermək istəyirlər.Futbolçularımızın oyununa diqqətlə baxsınlar, yaxından maraqlansınlar ki, nə iş görürük. Mən istəmirəm ki, «Qarabağ»ın rəhbərliyinin, futbolçularının zəhməti yerə dəysin. «Neftçi»də işləyəndə də iddia edirdilər ki, komandanın 70 illik yubileyinə görə kuboku və çempionluğu bizə verəcəklər. Amma bunların heç biri olmadı. İndi də çox gülünc iddia irəli sürürlər ki, guya «Qarabağ»ı kənardan kimsə idarə edir. Bizim son vaxtlar azarkeşlərimizin sayı çoxalıb. Üzümü onlara tutub bildirmək istəyirəm ki, bu cür qarayaxmalar bizim uğurlarımıza, qələbələrimizə mane ola bilməz. Bizim vəzifəmiz sənətimizi, peşəmizi sevməkdir. İstəyirik ki, millinin daha yaxşı oynamasında «Qarabağ»ın payı daha çox olsun. Qarşıda bizi ağır oyunlar gözləyir. Belə cəfəngiyyatlar bizim oyunumuza təsir edə etməz.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi