Milli komandamızın və "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Əfran, milli komandamız yoxlama görüşləri çərçivəsində İordaniya və Lüksemburqla qarşılaşdı. Millinin oyunu ilə bağlı nə düşünürsən?
- Toplanış özü yaxşı keçdi. Əsas rəqiblər üzərində qələbə qazanmaq idi ki, onu da əldə etdik. Komandamız günü-gündən artırır. Yoxlama görüşlərində ardıcıl üç qələbə qazanmaq yaxşı haldır.
- Milli komandamızın rəqibləri olan İordaniya və Lüksemburq barədə fikirlərin necədir?
- İordaniya ilə matçda ilk dəqiqədə qol vurmağımız oyunun taleyini həll etdi. İkinci hissədə isə üstünlük İordaniyanın tərəfində idi. Lüksemburqla görüşdə isə deyərdim ki, rəqib bizdən daha güclü oynadı. Oyun boyu cinahda bizə təzyiq edirdilər. Hər iki komanda məndə yaxşı təsir bağışladı.
- İordaniya ilə oyun sənin üçün debüt matçı oldu. Öz oyununu bəyəndin?
- Təbii ki, Azərbaycan çempionatında oynamaqla milli komandanın heyətində çıxış etmək tamam fərqlidir. Bununla belə, heç bir həyəcan olmadı. Oyunum yaxşı alınmışdı. Rahat oynayırdım. Sadəcə, ikinci hissədə hiss etdim ki, artıq fiziki cəhətdən çatdırmıram. Bu səbəbdən, Berti Foqts məni əvəzlədi. Əgər yorulmasaydım, İordaniyaya ikinci qolu da vurardım.
- İkinci hissədə fiziki cəhətdən çatdırmadığını deyirsən. Bunu nə ilə əlaqələndirirsən?
- Fikrimcə, millinin heyətində ilk oyuna çıxdığımdan bunu təbii qəbul etmək lazımdır. Həm də baş məşqçi çətin məşqlər verirdi. Gündə iki dəfə ağır məşqlər keçirdik. Növbəti toplanışlarda artıq bu cür məşqlərə öyrəşəcəyəm. Bundan sonra daha da yaxşı çıxış edəcəyimə inanıram.
- Berti Foqtsla Qurban Qurbanovun keçdiyi məşqlərin arasında nə kimi fərqlər var?
- Hər iki məşqçinin özünün məşq keçmək proqramı var. Təbii ki, milli komanda olduğundan Berti Foqtsun məşqləri daha ağır olur.
- "Qarabağ" millinin heyətinə ən çox futbolçu göndərən klubdur. "Altılıq" oyunları öncəsi komandanın əsas heyətinin böyük əksəriyyəti milli komandanın düşərgəsində oldu. Bu hal "Qarabağ"a növbəti oyunlarda necə təsir edəcək?
- Komandamızın artıq 9 üzvü millinin heyətinə dəvət alır. Təki hər bir klub "Qarabağ" qədər milliyə futbolçu versin. Bu amilin "Qarabağ"a problem yaradıb-yaratmayacağına isə çempionatın növbəti oyunlarında aydınlıq gələcək.
- İordaniya ilə matçda zədələndin. Nə zaman məşqlərə başlaya biləcəksən?
- Dünən müayinədən keçdim. Həkimlər iki həftə müalicə olunacağımı bildirdilər. Yalnız bundan sonra fərdi məşqlərə başlamalıyam.
- Sabah kubokun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində evdə "Xəzər Lənkəran"ı qəbul edəcəksiniz. Matçla bağlı düşüncələrin necədir?
- Çox vacib oyundu. Klubumuzun vitse-prezidenti Tahir Gözəl də bizimlə görüşdü. Komandamızdan yalnız qələbə gözlədiyini bildirdi. Çalışacağıq ki, yaxşı hesabla qələbə qazanaq ki, səfərdə problemlə üzləşməyək. Meydana yalnız qələbə üçün çıxacağıq.
- Sabahkı matçda sən və Kamran Ağayev milli komandanın heyətində zədələndiyinizdən iştirak edə bilməyəcəksiniz. Kamranın yoxluğunu "Qarabağ" üçün müsbət hal saymaq olar?
- Kamran "Xəzər Lənkəran"ın 30 faizidir. Həqiqətən çox güclü qapıçıdır. Kamranın yoxluğu "Xəzər Lənkəran" üçün böyük itki olacaq. Dünən mən müayinə olunarkən Kamran da orda idi. Çıxanda dedi ki, heç nəyim yoxdur. Bayaq Fərhaddan soruşdum. Deyir ki, Kamran ən azı 10 gün oynaya bilməyəcək. Ümumiyyətlə, zədədən heç kim siğortalanmayıb. Yəqin ki, "Xəzər Lənkəran"da Kamranı əvəzləyəcək layiqli ehtiyat oyunçusu var. Ağasəlim müəllimin elə sizin sayta verdiyi açıqlamasını oxudum. Mircavadov da deyir ki, hər bir futbolçumuzun layiqli əvəzləyicisi var.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu