Milli komandamızın və “Neftçi”nin müdafiəçisi Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
- Son günlərdə Norveçin “Valerenqa” klubunun səni transfer etmək istədiyi barədə xəbərlər yayılıb...
- Həmin klubun nümayəndələri ilə artıq altı aydır ki, danışıqlar gedir. Lixtenşteynlə Bakıdakı matçda oyunumu izləyib bəyənmişdilər. Əslində onlar Lixtenşteynlə oyundan qabaq da mənim haqda məlumatlı idilər. Sadəcə, konkret olaraq Lixtenşteynlə matçda məni transfer etmək qərarına gəliblər. Bundan sonra klubun nümayəndələri qardaşımla əlaqə yaradıblar.
- Sən özün Norveç çempionatında çıxış etməyə necə baxırsan?
- Avropada oynamaq mənim uşaqlıq arzumdur. Norveç çempionatı isə sıradan bir çempionat deyil. Öz reytinqinə görə də səviyyəli bir çempionat olaraq tanınır. Nə deyim, əgər “Neftçi” klubuna və Azərbaycan futboluna xeyirim dəyəcəksə, təbii ki, getmək istəyərəm.
- Danışıqlar hazırda nə yerdədir? Əgər razılıq əldə olunarsa, transfer nə zaman baş tutacaq?
- Bilirsiz ki, Norveç klubunun nümayəndələri artıq Bakıdadırlar. Onlar “Neftçi” rəhbərliyi ilə də görüşüblər. Hər şey danışıqların nəticəsindən asılı olacaq. Onu da deyim ki, Norveçdə artıq martın axırı çempionat start götürür.
- Yəni martın axırına kimi transferin reallaşa bilər?
- Bu gün və sabah “Valerenqa”nın nümayəndələri ilə görüşlərdən çox şey asılıdır. Əgər klubumun razılığa olsa və məni canla-başla göndərmək istəsə, o zaman martın sonunda transferim baş tutacaq. Bununla belə, komandamı “altılıq” oyunları öncəsi pis vəziyyətdə qoymaq istəmirəm...
- Hər halda özünü Avropada oynamağa hazır sayırsan?
- Əgər özümə inanmasaydım, bu qədər iddialı danışmazdım. Bir də ki nə vaxta qədər burda qalacağıq. Artıq vaxtdır, Azərbaycan çempionatından getməyin zamanı çatıb. Gərək özümüzü çıxıb xaricdə də göstərək, səviyyəmizi artıraq. Ən azı milli komandamıza xeyir verə bilmək üçün bu addımları atmalıyıq.
- Bir halda ki, söhbət millidən düşdü, o zaman İordaniya və Lüksemburq üzərində qazanılan qələbələrdən də danışaq.
- İlk öncə onu qeyd etmək istəyirəm ki, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşduq. Komanda olaraq bu nəticələrə nail ola bildiyimiz üçün çox sevincliyik. Qələbə psixologiyasına tədricən öyrəşmək lazımdır. Daha uduzduğumuz bəsdir.
- Yoxlama görüşlərində qarşılaşdığınız rəqiblərin səviyyələri səni qane etdi?
- Mən hər iki komandanın səviyyəsinin aşağı olmadığı qənaətindəyəm. Lüksemburq Mərkəzi Avropa ölkəsinin, İordaniya isə Asiyanın yaxşı komandasıdır. İnanıram ki, keçirdiyimiz hər iki oyunda qazandığımız təcrübə gələcəkdə komandamızın xeyrinə olacaq.
- Zədən demək olarmı ki, artıq tam sağalıb?
- Bəli. Heç bir problem yoxdur. Sadəcə, fiziki durumumda bir geriləmə hiss edirəm. Amma yaxın günlərdə bunları aradan qaldıracağam.
- Berti Foqts milli komandanın heyətinə bəzi yeni oyunçular dəvət edib. Debütantların milliyə uyğunlaşmaq baxımından problemləri oldu?
- Yeni dəvət edilənlərin hər biri layiqli çıxışları ilə yadda qaldılar. Təbii ki, belə oyunçuların olması milli komandamızın yalnız xeyrinədir. Fikrimcə, yenilər onlara bəslənilən ümidləri doğrultdular.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu