AFFA prezidenti Rövnəq Abdullayev bu gün mətbuat konfransı keçirib. Qol.Az saytının məlumatına görə, assosiasiya başçısı jurnalistlərin suallarını cavablandırıb.
- Premyer Liqanın “altılıq” sistemi üzrə keçirilməsinə münasibətiniz necədir?
- AFFA İcraiyyə Komitəsində Premyer Liqa ilə yanaşı, kubokun formatına da toxunuldu. Qərara gəldik ki, 1/4 finaladək tək oyunlar keçiriləcək. Bu zaman komandalar oyunlara daha ciddi yanaşacaqlar, yarış daha maraqlı alınacaq. Qərarın qəbulunda dünya təcrübəsi əsas götürüldü. “Altılıq” məsələsinə gəlincə, bu sistemin mənfi və müsbət tərəflərini müzakirə etdik. Sözügedən formatın müsbət tərəfləri çox oldu. Əsas məqsədimiz Premyer Liqanı maraqlı etməkdir. “Altılığ”ın tətbiqi zamanı oyunların, xüsusilə derbi matçların sayı artıb. Mayda çempionatın reqlamenti bir daha müzakirəyə çıxarılacaq. Hər necə olsa da, 4 dövrəli sistemi saxlamaq vacibdir.
- Hakim Anar Niyazovun bağışlanması xəbəri doğrudurmu?
- Anar Niyazov mənə müraciət etmişdi. Bu gün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşəcəyəm. Əgər o, günahlarını başa düşübsə, hakimliyə qaytarılacaq və yavaş-yavaş I divizionun oyunlarına təyinat alacaq. Biz heç bir mütəxəssisimizi itirmək istəmirik. Eyni zamanda günah işlətmiş şəxsləri də cəzasız qoymaq fikrimiz yoxdur.
- Bəs keçmiş FİFA referisi Babək Quliyevin məsələsi necə olacaq?
- Bu da eyni sualdır. Səhvini anlayan hakim öz işinə qaytarılacaq.
- Mətbuatda futbolun təbliği sizi qane edirmi?
- Yox, qane etmir. Öz iradımı baş katibə də bildirmişəm. Futbol şoudur, bu idman növünü kütləviləşdirmək üçün mətbuatın üzərinə böyük yük düşür. Bir məqamı da qeyd edim ki, bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasında teleyayım məsələsinə də toxunuldu. Növbəti mövsümdən etibarən hansı klub istəsə, yayım hüququna özü malik olacaq. Bir neçə klub bizə müraciət göndərdiyindən, teleyayım qaydalarında dəyişikliklər etmək qərarına gəldik. Bundan ötrü AFFA-ya ərizə ilə müraciət etmək lazımdır. Müraciət qəbul olunduqdan sonra yayım hüququ klubun özünə veriləcək və o, hansı teleşirkətlə istəsə əməkdaşlıq edəcək.
- AFFA 18 il eyni loqonu daşıyıb. Yeni loqo ilə bağlı təkliflər çox idi, yoxsa?
- Loqonun dəyişdirilməsi prosesi təxminən 6 ay vaxt apardı. Hələ Lixtenşteynlə matçdan öncə bu işə başlamışdıq. Köhnə simvolda milli rəmzlərdən heç nə yox idi. Nə A hərfi bilinirdi, nə də F hərfi. Düzü, yeni loqoya gerbimizi qoymaq istəyirdik. Lakin UEFA tərəfindən buna icazə verilmir. Dizayn şirkətləri arasında müsabiqə keçirdik və sonda bu loqonu qəbul etdik.
- Yığmanın son oyunlarında baş məşqçi Berti Foqts futbolçulardan narazılığını bildirirdi. Bəs həmin matçlar barədə sizin fikirləriniz necədir?
- Həqiqətən də Foqts futbolçulardan narazı qalıb. Gərək onlarla görüşək. Qələbə futbolçuları “boşaldır”, onlarda arxayınçılıq yaradır. Təəssüf ki, bizdə belə xəstəlik var. Hiss edəndə ki, Lüksemburqu udurlar, birinci hissədən sonra futbolçularımız arxayınlaşmışdılar. Buna görə də qarşılaşmadan sonra paltardəyişmə otağına girən kimi Foqts onların üstünə qışqırıb. İnanıram ki, yığmamız gələcəkdə daha yaxşı oyun nümayiş etdirəcək. Yoldaşlıq görüşlərində rəqiblər tədricən gücləşir. İyunda dünya çempionatının iştirakçısı Hondurasla qüvvəmizi sınayacağıq. Məqsədimiz sentyabrda başlanacaq Avropa çempionatının seçmə mərhələsinə ciddi hazırlaşmaqdır.
- Avro-2012-nin seçmə mərhələsi barədə proqnozlarınız nədir? Sizcə, yığmamız neçə xal toplayacaq, neçənci yeri tutacaq?
- Çətin qrupa düşmüşük. Məndən olsa, deyərəm ki, birinci pillədə qərarlaşaq. Ancaq arzulamaqla iş bitmir. Ən əsası odur ki, milli komanda bizi təəssüfləndirməsin. Yığmanın heyətində 20 yaşadək olan 7 futbolçu var. Futbol udmaq da olar, uduzmaq da. Ancaq gərək nəticə biabırçı olmasın. Əvvəllər qapılarından qol buraxırdılar, sonra sanki vətən müharibəsi başlayırdı, topu hara gəldi vururdular.
- İordaniya və Lüksemburq üzərində qazanılan qələbələrə görə futbolçulara mükafat veriləcəkmi?
- Bəli. Vaxt olub, yığma hətta məğlub olanda da, mükafat vermişik. Əgər komanda özündən güclü rəqibə qarşı əzmlə mübarizə aparırsa, onların zəhmətini qiymətləndirmək lazımdır.
- Mükafatın məbləği nə qədər olacaq?
- Nəyinizə lazımdır? (gülür) Başqasının pulunuz saymazlar. Bir şeyi də deyim. Lixtenşteynlə oyundan sonra yazırdılar ki, Elxan Məmmədov bir çemodan pul apardı, Rusiya ilə matçı almışıq. Nəyə gərəkdir ki, milli komandanı şərləmək, onun qələbəsini yerə vurmaq? Cavan oyunçulardır, belə sözlər onları “sındırır”. Bizi tənqid edin, onlara dəyməyin. Bir də ki, futbolçuları çox tərifləməyin.
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi