«Bakı» klubunun baş meneceri Zeynal Məmmədovun Qol.Az saytına müsahibəsi
- Komandanız «altılığ»ın oyunlarına dördüncü pillədə başlayacaq. Necə düşünürsünüz, «Bakı»nın hazırkı potensialı çempionluğa imkan verir?
- Əlbəttə. Heyətimiz güclüdür. Bu, bizə yekunda birinci yeri tutmağa böyük ümid verir. Həm də lider «İnter»lə aramızdakı xal fərqi də çox deyil: cəmi beş xal. Bir sözlə, hər şey öz əlimizdədir. Əsas odur ki, komandamızda inam var.
- «Birlik kuboku»ndakı uğursuzluqdan sonra «Bakı»nın futbolçuları arasında ruh düşkünlüyü nəzərə çarpırdı. Vəziyyət indi necədir?
- Yaşaş-yavaş düzəlir. Moskva turnirindən sonra Premyer Liqada keçirdiyimiz ilk matçda komandamız bərbad oyun nümayiş etdirdi. Növbəti qarşılaşmada problem qismən aradan qalxdı. İndi rəhbərlik də, futbolçular da Moskvadakı uğursuzluğu unudub. Hər şey geridə qaldı, indi yalnız irəliyə baxmalıyıq.
- Baş məşqçi Bülənt Qorxmaz rəhbərliyin onun qarşısına qoyulan üç əsas vəzifədən birini yerinə yetirə bilməyib, konkret olaraq, «Birlik kuboku» artıq əldən çıxıb. Yerdə çempionluq və kubok qalır. Komandanız bu iki mükafatdan birini qazana bilməsə, Büləntlə Qorxmazla bağlı qərarınız nə olacaq?
- Bununla bağlı son sözü yalnız klubun prezidenti deyəcək.
- Bülənt Qorxmaz tez-tez bildirir ki, mən rəhbərliyə çempionluq söz verməmişəm. Amma «Bakı» rəhbərliyi hər dəfə komandadan çempionluq istəyir. Bu barədə nə deyə bilərsiniz?
- Bizim komandanın baş məşqçisinin kimliyindən asılı olmayaraq, həmişə çempion olmaq istəmişik. Bülənt Qorxmaza gəlincə, biz onun qarşısında çempionluq tələbi qoymamışıq. Yalnız çempionluq məqsədimizi Bülənt Qorxmaza söyləmişik. Bu mənada, «Bakı» çempion ola bilməsə, bunu faciəyə çevirməyəcəyik. Amma dediyim kimi, çempionluq bizim iddiamız olub. Ola bilər ki, hansısa mövsümü zəif keçirək. Bu, hər bir komandanın başına gələ bilər.
- Artıq «altılıq»da yerinizi tam təmin etmisiniz. Konkret hədəfiniz nədir?
- Ən minimum vəzifə avroliqaya vəsiqə qazanmaq, maksimum istəyimiz isə çempionluqdur.
- Qış fasiləsində «Bakı»nın transfer etdiyi futbolçularla bağlı hələ də narazılıqlar var.
- Mən özüm də onlardan narazıydım. Amma oyunlarını düzəldəcəklərinə söz veriblər. Hələlik biz onlardan istədiyimiz oyunu görə bilmirik.
- Berti Foqts və Bülənt Qorxmaz deyir ki, ölkə çempionatının oyunlarına maraq azdır, klublar azarkeşləri stadionlara cəlb etməlidir. Konkret sizin rəhbərlik etdiyiniz «Bakı» klubu bu istiqamətdə nə iş görüb?
- Biz bununla bağlı əlimizdən gələni edirik. Komandamızın fan-klubu var, bacardığımız qədər təbliğat işi aparırıq. Amma azarkeşlərin stadionlara gəlməsi birbaşa komandaların uğurlu nəticələrindən asılıdır. Avropada yaxşı çıxış etmək lazımdır ki, camaatın da stadiona güclü axını başlasın. Uğur olmayandan sonra insanlar niyə oyunlara gəlsin?!
Yadınıza salın, ötən yay Bolqarıstanın «Levski» komandası ilə qarşılaşmada Tofiq Bəhramov adına stadionda bir dənə də olsun boş yer qalmamışdı. Hətta minlərlə insan stadiona girə bilməmişdi. Güclü maraq var idi. Çünki «Levski» ilə oyundan əvvəl Çempionlar Liqasında mərhələ adlamışdıq.
- Çempionatın oyunlarının günorta saatlarına salınması da azarkeşlərin stadiona gəlməsinə mane olur. «Bakı» komandası «altılıq»da ev oyunlarını axşam saatlarına təyin edə bilərmi?
- Bu, təkcə «Bakı»dan asılı olan məsələ deyil. Oyunların axşam keçirilməsini istəsək, bu, klubların ciddi narazılığına səbəb olacaq. PFL nə qərar versə, onu uyğun hərəkət edəcəyik. Axı hər klubun stadionunda projektor yoxdur. Bir də, hesab edirəm ki, oyunlar istirahət günləri başlasa, azarkeşlərin stadionlara gəlməsində problem yaranmayacaq. Ara günlərində olsaydı, adam az gələrdi.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu