Milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Qol.Az saytına müsahibə verib.
- Başlayaq, İordaniyaya qarşı keçirilən son oyundan. Şübhəsiz, qazanılan nəticə səni qane edir. Eyni sözləri millinin sərgilədiyi oyun barədə də demək olar?
- Mən nəticədən olduğu kimi, oyundan da razı qaldım. Komandamız rəqibə qarşı çox gözəl təsir bağışladı. Artıq ilk dəqiqədə hesabı açmağımız, yarım saat sonra ikinci qolu vurmağımız qələbədə böyük rol oynadı. Rəqib isə əksinə, heç nə ilə yadda qalmadı. İordaniya millisi həmin gün demək olar ki, bizə qarşı heç nə edə bilmədi.
- Bu nədən irəli gəlir, millimiz yaxşı oynadı, yoxsa rəqib zəif təsir bağışladı?
- Mənə elə gəlir ki, biz yaxşı oynadıq. Rəqibdən isə bu cür oyun gözləmirdim. Mən hesab edirdim ki, İordaniya millisi bizə qarşı daha sürətli oynayacaq. Amma onlar qapımız qarşısında bir real qol epizodu belə yarada bilmədilər. Düşünürəm ki, bunda müdafiə xəttimizin inamlı çıxışının da rolu oldu.
- Milliyə yeni qoşulan oyunçular necə təsir bağışladılar?
- Hər üçü yaxşı oynadı. Əfran isə ümumiyyətlə, ilk oyundaca fərqləndi. Hesab edirəm ki, onların hər üçü milliyə kömək edəcək gücdədirlər. Həm Əfran, həm Fərid, həm də Rauf komandanın uğurlu çıxışı üçün əlindən gələni etdi. Ümumiyyətlə, millinin heyəti bu cür gənclərdən qurulanda adama ləzzət eləyir.
- Artıq neçə oyundur ki, Foqts sənə əsas heyətdə şans verir. Hansı ki, əvvəllər həmin mövqedə daha çox Rail Məlikov oynayırdı. Raillə rəqabət aparmaq nə dərəcədə çətindir?
- Həqiqətən də Rail çox güclü futbolçudur. O insan kimi də çox yaxşıdır, futbolçu kimi də əsl peşəkardır. Onunla rəqabət aparmaq təbii ki, çətindir. Çünki o, çox səviyyəli oyunçudur. Amma ilk dəfə milliyə dəvət alanda Foqts mənə bir oyunda şans verdi. Həmin matçda özümü yaxşı tərəfdən göstərdim. Bundan sonra da mənə güvənir. Yəqin ki, buna görə Rail də məndən inciməz. Bu gün mən oynayıram, sabah da Rail oynayar. Bunun elə bir önəmi yoxdur. Əsas odur ki, millimiz uğurlu çıxış edib, qələbə qazansın.
- İordaniya ilə oyunun sonlarına yaxın Foqts səni yarımmüdafiədə sınadı. Yeni mövqedə oynamaq çətin olmadı ki?
- Təbii ki, bir qədər çətin idi. Çünki yarımmüdafiədə çıxış edərkən gərək bir yerdə dayanmayasan. Daim irəli-geri qaçasan. Həm də artıq gücüm tükənmək üzrə idi. Buna baxmayaraq, son ana qədər əlimdən gələni etdim ki, cinahı bağlaya bilim və qol buraxmayaq. Sevinirəm ki, istəyimə çatdım.
- İordaniya ilə oyundan sonra millinin heyətindən ayrılaraq, vətənə döndün. Düşünmürsən ki, bir neçə məşqdə iştirak etməməyin Lüksemburqla matçda əsas heyətdəki yerini itirməyinə səbəb ola bilər?
- Ailə işlərimlə əlaqədar olaraq vətənə döndüm. Bundan Foqtsun xəbəri var idi. Səfərə yollanarkən məşqçimizdən iki günlük icazə almışdım. O ki qaldı heyətdəki yerimi itirməyimə, nə deyim, bunu baş məşqçimiz bilər. Amma mən düşərgəyə qayıtdıqdan sonra məşqlərdə bütün gücümlə çalışacağam ki, Lüksemburqla matçda da forma geyim.
- Necə düşünürsən, Lüksemburqla oyunda millimiz qələbə seriyasını davam etdirə biləcək?
- İnanıram ki, belə də olacaq. İrodaniya ilə oyunda komandamız çox yaxşı təsir bağışladı. Qarşıdakı matçlarda da məhz bu cür həm yaxşı oynamağa, həm də lazımı nəticə qazanmağa çalışacağıq.
- İordaniya ilə matçda millimiz həqiqətən də gözəl oyun sərgilədi. Bu qələbədən sonra komanda eyforiyaya qapılmayıb?
- Yox, biz nə etmişik ki? Hələ qarşıda çox vacib oyunlarımız var.
- Avro-2012-nin seçmə mərhələ oyunları barədə nə deyə bilərsən? Millimiz bu qrupda neçənci yeri tuta bilər?
- İndi bu haqda nəsə demək çətindir. Çünki komandamız ilə yeni başlayıb. Tez-tez birlikdə məşqlər etməklə oyun təcrübəmizi daha da artıracağıq. Seçmə mərhələdə də yaxşı oynayacağımıza inanıram.
- Millimiz ilk iki oyunu səfərdə Almaniya və Avstriyaya qarşı keçirəcək. Daha sonra isə evdə Türkiyəni qəbul edəcəyik. Razısan ki, heç də uğurlu təqvim deyil?
- Əlbəttə, Almaniyaya qarşı ilk oyunda səfərdə oynamaq çox çətin olacaq. Amma ümumi götürdükdə, bunun elə də böyük fərqi yoxdur. Onsuz da hər bir komandayla qarşılaşmalıyıq.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu