“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 21-ci turunda komandasının bu gün Gəncədə “Kəpəz” üzərindəki qələbəsini (1:0) şərh edib.
Qol.az-ın xəbərnə görə, o deyib ki, meydançanın pis durumda olmasına baxmayaraq, komandası əzmkarlıq göstərərək qalib gəlib. O, eyni zamanda hər iki komandanın azarkeşlərinə təşəkkür edib. “Gəncə azarkeşləri də sağ olsun ki, məni və komandamı xoş qarşılayırlar”.
Q.Qurbanov onlara bir az səbrli olmağı tövsiyə edib: “Nəzərə almaq lazımdı ki, qış fasləsindən sonra "Kəpəz" üç oyunu səfərdə oynayıb. Düşünürəm ki, irəlidə Şahin Diniyevin rəhbərliyi ilə komanda uğur qazana biləcək. Hərə öz payına düşəni yerinə yetirməlidir".
Q.Qurbanov bildirib ki, nə süni ortüklü, nə də “Kəpəz”in bu cür meydançasında oynamaq komandası üçün uyğun deyil: “Meydançanın durumuna görə Əfranın problemi oldu. Belə meydanda oynamağı düzgün saymıram”.
Messi cərimələndi
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futbolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?