Bu gün 50 yaşını qeyd edən ötənlərin məşhur futbolçusu İqor Ponomaryov Qol.Az saytına müsahibə verib.
- İqor Anatolyeviç, ilk olaraq sizi yubiley münasibətilə təbrik edirik. Ad gününüzü məhz Bakıda keçirmək fikri necə yarandı?
-Təbrikə görə təşəkkür edirəm. İdeya mənə məxsusdur. Bu gün mənim həyatımda əlamətdar gündür. Axı 50 yaş insanın həyatında çox önəmlidir. Buna görə də ad günümü Bakıda keçirmək qərarına gəldim. Burada mənim çoxlu dostlarım, tanışlarım var. Eyni zamanda anam da burada yaşayır. Bu səbəbdən də belə bir əlamətdar günü vətənimdə, dostlarımın, tanışlarımın əhatəsində keçirmək qərarına gəldim.
- Bu şad gününüzdə sevincinizi bölüşmək üçün tanınmış mütəxəssislər Anatoli Bışovets və Stanislav Çerçesov da Bakıya gəliblər.
- Buna görə onlara öz təşəkürümü bildirirəm. Dostlar tərəfindən unudulmamaq, belə bir xoş gündə xatırlanmaq çox xoşdur.
- Amma deyəsən, belə bir əlamətdar gündə oğlunuz - Anatoli Ponomaryov yanınızda olmayacaq.
- Tolik də Bakıya gəlməyi, ad günümdə mənimlə birgə olmağı çox istəyirdi. Amma hazırda onun işləri çoxdur. Həm də Bakıya gəlmək üçün o gərək uzun yol qət edəydi. Ordudan Trabzona, oradan İstanbula, Istanbuldan da Bakıya gəlməliydi. Bu səbəbdən də səfəri təxirə salmaq qərarına gəldi.
- Bütün ömrünü futbola həsr etmiş İqor Ponomaryov 50 illik yubileyində işsizdir. Bu amil belə bir gündə əhvalınızı korlamır ki?
- Əlbəttə, mən də istərdim ki, belə bir gündə futboldan kənarda qalmayım. Amma nə etmək olar? Məşqçi karyerası belədir də. İnanıram ki, tezliklə hər şey yaxşı olacaq.
- Bu arada adınız “Neftçi”nin baş məşqçisi postuna namizədlər arasında hallanır…
- Tam səmimi deyirəm, bu günə qədər bu barədə mənə heç kim müraciət etməyib. Mətbuatdan mən də oxuyuram ki, adım komanda ilə birgə hallanır. Amma ortada real bir təklif yoxdur.
- Təklif alsanız, cavabınız necə olardı?
- Əlbəttə ki, “Neftçi” kimi klubun baş məşqçisi olmaq şərəflidir. Əgər “Neftçi”dən təklif alsam, məmnuniyyətlə onu müsbət cavablandırardım. Amma bir daha təkrarlayıram ki, ortada hələlik real bir şey yoxdur.
- İqor Ponomaryov artıq neçə ildir uğursuzluğa düçar olan “Neftçi”yə əvvəlki əzəmətini qaytara bilər?
- İndi bu haqda nəsə deməyim düzgün olmazdı. Mən futbolçu kimi uzun illər bu klubun şərəfini qorumuşam. “Neftçi” mənim üçün həddindən artıq doğmadır. Mən də istərdim ki, “Neftçi” tezliklə əvvəlki əzəmətini geri qaytarsın.
- Artıq bir neçə gündür ki, Bakıdasınız. Bu müddət ərzində hansısa oyunu izləmək imkanınız olub?
- Hə, “Neftçi” - “Xəzər Lənkəran” matçına baxmışam.
- Maraqlıdır, niyə məhz həmin oyuna? Bir tərəfdə sabiq klubunuz “Xəzər Lənkəran”, digər tərəfdə isə yeni iş yeriniz olacağı iddia edilən “Neftçi”?
- Yox, bu yalnız bir təsadüfdür (gülür).
- Oyun necə, xoşunuza gəldi?
- O qədər də yox. Düzdür, hər iki komanda meydanda mübarizə aparırdı. Lakin meydanda baxımlı futbol yox idi. Eyni zamanda qeyd edim ki, hər iki komandada cinahlar zəif işləyirdi. Komandalar yalnız nəticə haqda düşünürdülər.
- Ötən mövsüm “Xəzər Lənkəran”ın baş məşqçisi idiniz. Bu mövsüm isə qeyd etdiyiniz kimi bir oyuna canlı tamaşa etmisiniz. Geridə qalan bir il ərzində çempionatımızda irəliləyiş hiss olunur?
- Sözün açığı, elə bir irəliləyiş yoxdur. Hətta mən deyərdim ki, səviyyə bir qədər də zəifləyib. Götürək elə ötən mövsüm çempion olan “Bakı”nı.
- “Bakı”nın indiki oyunu deyəsən xoşunuza gəlmir…
- Ötən mövsüm komanda daha yaxşı oynayırdı. Meydanda daha çox hərəkət edirdilər, daha çox mübarizə aparır, eyni zamanda xeyli sayda qol vəziyyəti yaradırdılar. Amma indiki halda “Bakı” sönük futbol sərgiləyir. Amma mən çox istərdim ki, Azərbaycan futbolu tezliklə inkişaf etsin. Klublarımız qitə miqyaslı yarışlarda daha yaxşı çıxış etsinlər. Eyni zamanda millimiz də daha yüksək səviyyəli futbol sərgiləsin. Azərbaycan futbolunun inkişaf etməsi hamımızın arzusudur.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu