Xəbər verdiyimiz kimi, “Qəbələ” AFFA və Peşəkar Futbol Liqasından növbəti dəfə narazılığını ifadə edib. Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ” – “Neftçi” oyunundan sonra klub rəsmi Feysbuk səhifəsində belə bir paylaşım edib: “Məlum səbəblərə görə komandamız yenidən ikinci pillədədir”.
Həmin paylaşımda eyni zamanda “Fair play”, “Premyer Liqaya ədalət”, “Ədalətli futbol” adlı haştaqlar yaradılıb.
“Qəbələ” bu paylaşımla srağagünkü matçdakı hakim idarəçiliyinə işarə vurub. Məlum olduğu kimi, “Qarabağ” hakim Ramil Diniyevin müzakirələrə səbəb olan penalti qərarından sonra hesabı bərabərləşdirib. 1:1 hesabı ilə yekunlaşan bu görüşdən sonra “Qarabağ” “Qəbələ”ni keçərək yenidən liderliyə yüksəlib.
“Qəbəlı”nin paylaşımına Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev münasibət bildirib. Qurum rəsmisi klubun atmacasına elə atmacayla da cavab verib: “Qarabağ” – “Neftçi” oyunundan sonra “Qəbələ”nin rəsmi Feysbuk səhifəsindəki paylaşımından xəbərim var. “Məlum səbəblərdən komandamız yenidən ikinci pillədədir” dedikdə nəyə işarə vururlar? Yəqin ki, “Sumqayıt”la oyunda 2 xal itirmələrini nəzərdə tuturlar. Əgər “Qəbələ” öz meydançasında “Sumqayıt”ı məğlub etsəydi, bu gün 34 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşacaqdı” (yenicag.az).
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"
“Sabah” - TNS matçının heyətləri açıqlandı
Argentina - Misir: Heyətlər
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
“Qarabağ” yeni formalarını təqdim etdi - Video
Mahir komandasının düşərgəsinə qoşuldu, amma…
“Seltik” “Qarabağ”la razılığa gəldi
Sabiq kapitanı "Atletiko"nun məşqçisi oldu
Daha 2 il "Araz-Naxçıvan"da
Xəyal Əliyev mükafatlandırıldı
"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev
"Kəpəz"də günün 3-cü ayrılığı
"Qəbələ"dən gedənlərin sayı 11 oldu
Yaponiya millisinin üzvü "Valensiya"da
"Çelsi"nin sabiq baş məşqçisi bu klubda çalışacaq - Rəsmi
“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Kəpəz" bu ayrılığı açıqladı
Qubada güləş zalı istifadəyə verildi
Yassin Benzia klubundan ayrıldı
16 il sonra yenidən...
Amin Ramazanovun “Sabah”a keçidi rəsmiləşdi
Ronaldo millidəki gələcəyindən danışdı
Senator növbəti dəfə Mbappeni sərt tənqid etdi
Numeralogiyanın Martinez üçün ironik sonluğu