“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Qol.Az saytına müsahibə verib.
- Çempionatın ilk mərhələsi artıq başa çatıb. “Xəzər Lənkəran”ın çıxışı barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Komandamızın çıxışı barədə nə deyə bilərəm? Əlbəttə ki, “Xəzər Lənkəran”ın hazırkı çıxışı bizi qane edir. Komandamız qazandığı nəticələrlə həm azarkeşləri, həm də bizi sevindirir. Klub rəhbərliyi komandanın nəticəsindən razıdır. İnanırıq ki, “ilk altılıq”da da komandamız daha uğurlu çıxış edərək, azarkeşlərini sevindirəcək.
- Ümumiyyətlə, klub rəhbərliyi tərəfindən komandanın qarşısına konkret olaraq, hansı məqsəd qoyulub?
- Bizim məqsədimiz hamıya bəllidir. Biz komandanın qarşısına həm çempion olmağı, həm də kuboku qazanmağı tapşırıq qoymuşuq. İlkin mərhələdə komandamız inamlı təsir bağışladı. İnanırıq ki, həlledici mərhələdə də uğurlu çıxışın ardı gələcək və komandamız sonda istəyinə çatacaq.
- Bir çox komandalar çempionluq mübarizəsində əsas rəqib kimi məhz “Xəzər Lənkəran”ın adını çəkirlər. Maraqlıdır, “Xəzər Lənkəran” üçün əsas rəqib hansı komandadır?
- Biz rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. Onlardan hansısa birini xüsusi qeyd edə bilmərəm. Bizim üçün beş rəqibin beşi də əsasdır. Hazırda “qızıl xallar”a görə sonuncu pillədə qərarlaşan “Qəbələ”ni də hesabdan silmək olmaz. Bildiyiniz kimi, hələ ilk dövrədə biz “Qəbələ”ylə səfər oyununda iki xal itirdik. Ona görə də mən hansısa komandanı xüsusi olaraq fərqləndirmək istəməzdim.
- Hazırda “Xəzər Lənkəran” “qızıl xallar”a görə lider olan “İnter”dən iki xal geri qalır. Bu fərqi aradan qaldırmaq çətin olmayacaqkı?
- Yox, dediyiniz kimi fərq cəmi iki xaldır və qarşıda “İnter”lə iki matçımız var. Hər iki oyunun gərgin keçəcəyi şübhə doğurmur. Buna görə də şansımız öz əlimizdədir.
- Qış fasiləsində komandaya qoşulan yeni legionerlərin çıxışı sizi qane edir?
- Bəli, qane edir. Biz onlardan razıyıq. Hər biri komandanın uğurlu çıxışı üçün əlindən gələni edir, komandaya fayda verməyə çalışırlar.
- Son turlarda bir çox mərkəzi qarşılaşmalar günorta saatlarında başlayırdı. “Xəzər Lənkəran” stadionunun süni işıqlandırma sistemi olduğunu nəzər alsaq, “ilk altılıq”dakı oyunların axşam saatlarında keçirilməsi mümkündür?
- Mümkündür. Təbii ki, biz də azarkeşlərimizin rahatlığı üşün çalışırıq. Onsuz da futbol məhz azarkeşlər üçün oynanılır. Təbii ki, iş günü günorta saat ikiyə oyun təyin edəndə qarşılaşmaya azarkeş marağı da az olacaq.
- Bu gün keçirilən AFFA İntizam Komitəsinin növbəti iclasında “Karvan”la oyun zamanı stadionda Premyer Liqanın sponsoru olan Unibankın reklam banneri yerləşdirilmədiyi üçün klubunuz iki min manat cərimə olundu. Bu məsələylə bağlı münasibətiniz bilmək istərdik.
- Keçən dəfəki iclasdan sonra biz appelyasiya şikayəti verdik. Lakin hələ də onlardan bir xəbər çıxmayıb. Gözləyirik, görək axırı necə olur.
- Ümumiyyətlə, niyə görə reklam bannerini stadionda yerləşdirmək istəmirsiniz?
- Çünki biz bu qərarla razı deyilik. Çempionatın ortasında deyirlər ki, reklamları yerləşdirin. Əgər mövsümün əvvəlində bu təkliflə çıxış etsəydilər, problem olmazdı. İndi biz necə həmin reklam bannerlərini stadionda yerləşdirək? Mövsümün əvvəlində bir çox şirkətlərlə müqavilə imzalamışıq, həmin reklam yerləri də müxtəlif firmalara satılıb. Biz indi həmin şirkətlərin hüquqlarını necə tapdalayaq? Axı onlarla müqaviləmiz var.
- Sözlərinizdən belə başa düşdüm ki, növbəti oyunlarda da Unibankın bannerini stadionda yerləşdirmək fikrində deyilsiniz?
- Hazırda apelyasiya komitəsindən cavab gözləyirik. Görək, axırı necə olacaq. Hər şey onların bizə verəcəyi cavabdan asılı olacaq.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video