"Biz UEFA-nın qaydalarına uyğun olaraq, Kosovo yığması ilə həm evdə, həm də səfərdə oynayacağıq".
Qol.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsində Kosovo yığması ilə qarşılaşma haqqında danışarkən deyib.
M.Nərimanoğlu bildirib ki, futbol idman növüdür və bunun siyasətə heç bir qarışacağı yoxdur: "UEFA da siyasi qurumu deyil, idman təşkilatıdır. Bu səbəbdən, Avropa futbol qurumunun qaydalarına əsasən, oyunlarımızı keçirəcəyik. Üstəlik Kosovo idmançıları "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib".
Azərbaycan yığması AÇ-2019-un seçmə qrup mərhələsində Almaniya, İsrail, Norveç, İrlandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı