Ardadan Ərdoğana siyasi dəstək – Video

Ardadan Ərdoğana siyasi dəstək – Video
GÜNDƏM 25 Yanvar 2017 / 12:40 7393
-  A +

Türkiyə futbolunun üç önəmli siması – Rıdvan Dilmən, Arda Turan, Burak Yılmaz, eləcə də müğənni Murat Boz ölkədə keçirilməsi gözlənilən referenduma dəstə ifadə ediblər.

Qol.az-ın xəbərinə görə, “Hə” kampaniyasını Rıdvan Dilmən başlayıb, sonra “estafet” Ardaya, Ardadan Buraka, Burakdan isə Murat Boza keçib. Onlar hamısı vətəndaşları “güclü bir Türkiyə üçün” layihəyə səs verməyə çağırıblar.

Qeyd edək ki, Referendum layihəsi ölkənin prezidentinə böyük səlahiyyətlər verir. Əgər layihə xalq tərəfindən qəbul edilsə, bu zaman prezident parlamenti buraxa, hökumət üzvlərini şəxsən özü təyin edə bilər. Adıçəkilən şəxslərin bu çağırışı Türkiyə müxalifətinin, eləcə də referenduma “yox” deyənlərin sərt etirazına səbəb olub.


Daha çox


Son xəbərlər