"Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov klubun saytına müsahibə verib. Müsahibəni təqdim edirik
- Komandanın mövsümün ilk yarısındakı çıxışı haqda fikirləriniz necədir?
- Təbii ki, nəticələr baxımından istədiyimiz kimi çıxış edə bilmədik. Amma bu o demək deyil ki, çempionatda pis oynamışıq. Yaxşı futbol sərgiləyib, uğurlu nəticələr qazana bilmədiyimiz oyunlar olub. Məhz bu səbəb daha çox xal toplamağımızı əngəlləyib. Xal ehtiyatımız az olsa da, fasilədən sonra həm yaxşı çıxış etməyə, həm də bizi qane edəcək nəticələr qazanmağa çalışacağıq.
- "Kəpəz”in kubok mübarizəsi haqda nə demək olar?
- Ölkə kubokunda ilk mərhələdə Qusar "Şahdağ”ını mübarizədən kənarlaşdırdıq. Rəqib aşağı liqa təmsilçisi olduğundan onlara qarşı matçda çox da əziyyət çəkmədik. Bunu açıq demək lazımdır. Növbəti mərhələdə isə rəqibimiz daha güclü idi. Premyer Liqanın iddialı klubu "İnter” ilə qarşılaşdıq. Hamı Bakı komandasının gücünə bələddir. Məncə, biz səfərdə iki top fərqi ilə uduzmaqla cütün taleyini rəqibin xeyrinə həll etmiş olduq. Gəncədə nə qədər çalışsaq da, qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilmədik. Üstünlük tərəfimizdə olduğundan rəqibə təzyiq etdik, qol vurmağa səy göstərdik, amma alınmadı. "İnter” müdafiədə səhvə yol vermədi.
- Elə "İnter” ilə çempionat matçları da maraqsız keçmədi...
- Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar arasında yadda qalan matçlar az olmadı. "İnter” ilə ilk dövrədə keçirilən və 2:2 hesablı heç-heçə ilə başa çatan görüşün nəticəsi bizi çox məyus etdi. Bu oyunda yaxşı oynadıq, hesab da oyun sonuna kimi bizim tərəfimizdə idi, 2:1 udurduq. Amma final fitinə az qalmış qol buraxdıq, belə oyunlar adama təsir edir.
- Çempionatda "Neftçi”yə uduzduğunuz oyunda təəssüflənmədiniz?
- Düzdür, hər bir məğlubiyyət acı olur. Çempionatın ilk yarısında "Neftçi” yaxşı çıxış etmirdi deyə hamı onlarla oyunda bizdən qələbə gözləyirdi. Bakılılar hamıya uduzurdusa bu o demək deyil ki, bizə də məğlub olmalı idilər. Hamı "Neftçi”ni zəif görürdü, amma klubun adı, tarixi var. Təkcə komandanın adı bəsdir. Həmin oyunda qol vəziyyətlərimiz oldu, sadəcə, yararlana bilmədik. Rəqib isə bizim səhvlərimizdən istifadə etməyi bacardı. Əlbəttə, məğlubiyyətə layiq deyildik və buna görə hirslənmişdik.
- Avropa Liqasına yollanmaq yolunda "Kəpəz”i ciddi rəqabət gözləyir. Fikrincə, əsas rəqiblərimiz hansı klublar olacaq?
- Turnir cədvəlindəki ilk pillələrdə olan "Qarabağ”, "Qəbələ” və "İnter”i çıxmaq şərti ilə digər komandalar Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparacaq. Transferlərlə heyətini gücləndirən "Neftçi” də rəqiblərimiz arasındadır. Onlar da yəqin ki, qarşılarına ciddi məqsədlər qoyublar. Ona görə düşünürəm ki, bizi mövsümün ikinci hissəsində çətin mübarizə gözləyir.
- "Kəpəz” yenə qitə turnirinə yollana biləcək?
- Öncədən nəsə demək olmaz. Amma bunun reallaşması üçün var gücümüzü ortaya qoyacağıq. Bütün imkanlarımızı səfərbər edib, buna çalışacağıq. Nəyə nail olacağımızı zaman göstərəcək. İstəyimiz yenə Avropa Liqasında çıxış etməkdir. Bunun üçün də şansımız var. Yalnız maksimum güc sərf etməklə arzumuza nail ola bilərik. Hər şey öz əlimizdədir, yaxşı nəticələr qazansaq, istəyimiz həyata keçəcək.
- Çıxış etdiyiniz müdafiə xəttində problemlərin olduğunu düşünmürsünüz?
- Mən deməzdim ki, problemlərimiz var. Hücumdan başlamaq istərdim, çünki qol vurmaqda çətinlik çəkirik. Yetərincə qol epizodları yaratmağımıza baxmayaraq, çempionatda az top vurmuşuq. Son nöqtəni qoya bilmirik. Bunun nə ilə bağlı olduğunu dəqiq deyə bilmərəm. Hücum qururuq, rəqib qapısına yaxınlaşırıq. Lakin fərqlənə bilmirik. Heç bir epizod yara bilməsəydik, hücumda problemin olduğunu söyləmək olardı. Müdafiəyə gəlincə, ilk "3-lük”də yer alan komandalardan sonra ən az top buraxan bizik. Ona görə müdafiədə ciddi çatışmazlığın olduğu görünmür.
- Müdafiə xəttində zədə səbəbindən uzun müddət Şəhriyar Əliyevin oynamaması komandaya təsir etdi?
- Dəqiq demək olmur. Çünki onun yoxluğunda sonuncu müdafiəçi mövqeyində Azad Kərimov və Tural Nərimanov oynadı. Onların pis təsir bağışladığını demək olmaz. Çıxıb normal futbol oynadılar. Sadəcə, ola bilər ki, Şəhriyarın da daxil olduğu müdafiədə daim oynayan dördlüyümüz uzun müddət bir yerdə çıxış etdiyindən anlaşma daha yaxşıdır. Bu mənada Əliyevin yeri görünə bilər. Amma fərdi planda digər komanda yoldaşlarımız da onu layiqincə əvəz edə bildilər.
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı
“Qarabağ”da qazandığı kuboku ayağına döymə etdirdi - Video
Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi
PFL prezidentindən məşhur jurnala - Maraqlı açıqlamalar
"Barselona"nı 1/4 finala yüksəldən qələbə - Video
Futbola yeni qaydalar gətirilir - Vaxtı uzatma!
Haalandın transferi yarım milyard avroya başa gələ bilər
“Real”da uğurun açarı futbolçuya yaxın olmaqdır" - Zidan
Raspadori rəsmən "Atalanta"da
"Beşiktaş"dan böyükhesablı qələbə
Azərbaycan klublarının qış transferləri - Yenilənir
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı