Klublarımız Antalyaya gedə bilmədi

Klublarımız Antalyaya gedə bilmədi
GÜNDƏM 10 Yanvar 2017 / 11:30 2652
-  A +

Qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə getməli olan bəzi klublarımızın səfəri təxirə düşüb.

Qol.az-ın məlumatına görə, buna İstanbula güclü qarın yağması səbəb olub.

"Qəbələ" ötən gün səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə səfərə yollanmalı idi. Lakin Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuş ləğv olunduğundan komanda geri qayıtmalı olub.
"Qəbələ"nin təxirə salınan səfəri axşam saatlarında da baş tutmayıb. Komandanın qardaş ölkəyə səfəri yanvarın 11-nə planlaşdırılır.

"İnter" və "Sumqayıt" klubları isə bu gün səhər saatlarında ölkəni tərk etməyi planlaşdırsa da, bu, baş tutmayıb. Bu komandaların da Türkiyəyə uçuşu sabaha nəzərdə tutulub.

Daha çox


Son xəbərlər