Buffon 600-cü oyununa çıxdı

Buffon 600-cü oyununa çıxdı
GÜNDƏM 24 Dekabr 2016 / 10:30 2259
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffon üçün İtaliya superkubokunda "Milan"la oyun əlamətdar olub.

Qol.az-ın klubun "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu görüşlə 38 yaşlı qolkiper Turin təmsilçisində 600-cü oyununa çıxıb.

O, A seriyasında 436, B seriyasında 37, İtaliya kubokunda 12, İtaliya superkubokunda 7, Çempionlar Liqasında 99, Avropa Liqasında 9 matçda iştirak edib.

Qeyd edək ki, "Yuventus" - "Milan" görüşündə ikincilər penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək İtaliya superkubokunun sahibi olub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner