“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qol.Az saytına müsahibə verib. O, ilk əvvəl dünən “İnter”ə qarşı keçirdikləri matç haqda danışıb.
- Oyun maraqlı alındı. Hər iki komanda qələbəyə oynayırdı ki, bu da matçın gözəlliyini artırıdı. Mənə elə gəlir ki, 90 dəqiqə ərzində azarkeşləri darıxmağa qoymadıq. Təbii ki, qələbə qazanmaq istəyirdik. Amma yekunda meydandan bir xalla ayrıldıq. Bununla belə, qələbə qazanmamağımıza baxmayaraq, komandamın oyununda razı qaldım.
- “Qarabağ” dünənki matçda üstün futbol sərgiləməsinə baxmayaraq, qələbə qazana bilmədi. Buna nə mane oldu?
- Komandamız çoxlu qol şansı yaxaladı. Lakin təəssüf ki, onlardan istifadə edə bilmədik. Hətta rəqib hesabı bərabərləşdirəndən sonra da fərqlənmək üçün xeyli şansımız oldu. Amma futbolçularımızın gənc olmaları, elə də böyük təcrübəyə sahib olmamaları nəticədə özünü göstərdi. Bununla belə, komanda son ana qədər qələbə qolunu vurmaq üçün əlindən gələni etdi ki, bu da sevindirici haldır.
- Yeni ildən sonra “Qarabağ” keçirdiyi 4 oyunda cəmi 4 qol vurub. Düşünmürsünüz ki, çempionluğa oynayan komanda üçün bu zəif nəticədir?
- Mən belə deməzdim. Hesab edirəm ki, digər iddialı komandalar da son matçlarda elə də çox qol vura bilməyiblər. Əsas odur ki, komandamız xeyli sayda qol epizodu yaradır. İnanıram ki, növbəti oyunlarda da həmin şanslardan yararlanmağı bacaracağıq.
- Belə fikirlər səslənir ki, Vaqif Cavadovun gedişindən sonra “Qarabağ”ın hücum xətti bir qədər zəifləyib və məhsuldarlığın aşağı olması da bundan irəli gəlir. Bu fikirlə razısınız?
- Əlbəttə, Vaqif bizim üçün önəmli bir oyunçu idi. Amma indiki halda biz gələcəyə baxmalıyıq. Biz istəsəydik, qışda komandaya xeyli legioner futbolçu dəvət edə bilərdik. Amma bunu etmədik. Çünki biz əsasən yerli gənc futbolçulara şans veririk. Vaqif Cavadov da oynaya-oynaya səviyyəsini qaldırdı və sonda “Tvente” kimi kluba getdi. Bu gün Rauf Əliyev və Vüqar Nadirov kimi gənclərə üstünlük veririk. Biz istəmədik ki, komandaya əcnəbi hücumçular cəlb etməklə Rauf və Vüqarın inkişaf etməsinin qarşısını alaq. Bir növ riskə getdik. Amma bu məsələni klub rəhbərliyi də müzakirə etdik və onlar da mənimlə razıdırlar.
- Təbii ki, addımınız alqışalayiqdir. Amma düşünmürsünüz ki, hücum xəttində olan problemlər komandanıza çempionluq bahasına başa gələ bilər?
- Bizim üçün əsas olan gənc futbolçuların yetişib, səviyyələrini artırmalarıdır. Yüz faiz çempion olmağı qarşımıza məqsəd qoymamışıq. Əsas odur ki, gənc futbolçularımızın səviyyəsi yüksəlsin.
- Dünənki matçdan sonra “İnter”in baş məşqçisi komandanızın üzvü Əfran İsmayılovun oyununu xüsusi qeyd edərək, onu Azərbaycan futbolunun gələcək ulduzu adlandırdı. Əfranın baş məşqçisi kimi sizin də onun haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Şübhəsiz, Əfran yaxşı futbolçudur. Amma güclü olduğu kimi, bir qədər zəif tərəfləri də var. Üzərində daha çox işləməli və səviyyəsini daha da yüksəltməlidir.
- Artıq beş komandanın “ilk altılıq”da mübarizə aparacağı dəqiqdir. Sizin fikrinizcə, sonuncu vəsiqə hansı komandaya qismət olacaq?
- Çox çətin sualdır. Mən deyərdim ki, hər iki komanda – “Qəbələ” və “Simurq” mövsüm boyu göstərdiyi oyunla “altılığ”a vəsiqə qazanmağa layiqdir. Hansı komanda “altılığ”a vəsiqə qazansa, onun adına sevinəcəyəm.
- Amma indiki halda “qızıl xallar” baxımından “Qarabağ”a “Simurq”un deyil, məhz “Qəbələ”nin “ilk altılığ”a düşməsi daha sərfəlidir. Çünki hazırda “ilk altılıq”da lider məhz “Qarabağ”dır. Amma “Simurq” həlledici mərhələyə yüksəlsə, o zaman komandanız liderliyi təhvil verəcək və ilk pillədəki komandadan 3 xal geri qalacaq.
- Sözün açığı, bunun bizim üçün elə də ciddi fərqi yoxdur. Çünki 2-3 xallıq fərq elə də böyük deyil. 10 turluq mübarizə zamanı aradakı fərqi aradan qaldırmaq ciddi bir problem ola bilməz.
- Növbəti turun oyunlarından sonra millinin toplanışı ilə əlaqədar çempionatda uzunmüddətli fasilə yaranacaq. Milli komandaya ən çox futbolçu verən “Qarabağ”a bu toplanış “ilk altılıq” öncəsi nə dərəcədə təsir göstərə bilər?
- Bu amil bizə həm mənfi, həm də müsbət mənada təsir göstərə bilər. Yaxşıdır ki, 9 oyunçumuz bir yerdə olacaq. Amma pis tərəfi də odur ki, aparıcı futbolçular komandanın düşərgəsindən ayrı düşəcəklər. Hərçənd fikirləşib, bir yol tapacağıq. Həm də ümumi götürdükdə, hər bir klubun əsas vəzifəsi milliyə xeyir verməkdir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu