“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 25 oktyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510ª ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.
Bu haqda Qol.az-a Vergilər Nazirlyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Bildirilir ki, Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin qərarı ilə İlqar Abdullayevin fəaliyyət göstərdiyi çayxanada və yaşadığı ünvanda yerləşən mənzilində qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilən 8 ədəd Notebook, xarici internet saytlardan əldə edilmiş və kağızda çap olunmuş idman mərc oyunlarının siyahısı, həmin oyunlara qoyulan proqnozlara görə verilən əmsallar barədə qeydlər aşkarlanaraq götürülüb.
İ.Abdullayevin “Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin dekabr ayından 2016-cı ilin oktyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 680 min manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işi başlanıb.
21 noyabr 2016-cı il tarixdə İ.Abdullayevə Azərbaycan Respublikası CM-nin 192-1.3.2-ci maddəsilə ittiham elan edimiş və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Departamentin İstintaq idarəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, Rüstəmov Mehman Yavər oğluna məxsus bağ evində axtarış götürmə istintaq hərəkəti apararaq qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilmiş 5ədəd faks aparatı, 18 ədəd prosessor, 1 ədəd yaddaş kartı, 8 ədəd printer, 8 ədəd qumar masası, domino daşları, kartlar aşkar edilərək götürülüb.
Mehman Rüstəmovun “Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin noyabr ayından 2016-cı ilin noyabr ayıda daxil olmaqla idman mərc oyunlarının təşkili nəticəsində bir milyon manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə cinayət işi başlanıb.
25.11.2016-cı il tarixdə M.Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyi bir daha xatırladır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, yaxud xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti inzibati və ya cinayət məsuliyyəti yaradırvə belə halların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görüləcək.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi