Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Qol.az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, baş məclisdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2013-2016-cı illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan MOK işini Olimpiya Xartiyası və nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkə Olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəldib. Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri var.
Sonra Təftiş Komissiyasının sədri Hicran Şərifov hesabat məruzəsi ilə çıxış edib.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır və bu, yeni-yeni uğurlara vəsilə olur. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə ediblər.
Qeyd olunub ki, son illər Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu, ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bu, eyni zamanda, ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.
Sonra MOK-a prezident seçkiləri keçirilib. Yeganə namizəd olan dövlətimizin başçısı İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı