“TƏBİİ Kİ, ÜÇ XAL QAZANMAQ İSTƏYİRİK. BUNUNLA BELƏ HƏR ŞEYƏ MEYDANDA AYDINLIQ GƏLƏCƏK”
“Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyevin Qol.Az saytına müsahibəsi
- Elmar, başlayaq Premyer Liqanın son turu çərçivəsində qarşılaşdığınız “Karvan”la səfər matçından. Yevlax klubu üzərində qələbə qazanmaq çətin olmadı ki?
- Ağır səfər oyunu oldu. Bərabər səviyyəli oyun getdi. Biraz çətin olsa da, sonunda qələbə qazanan tərəf biz olduq. Qısası, oyun bizim üçün asan keçmədi. Qış fasiləsinə qədərki “Karvan”la indiki “Karvan” arasında çox böyük fərq hiss olunur.
- Birisigün öz meydanınızda “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Bu mühüm matçın hazırlıqları necə keçir?
- Bilirsiniz ki, dünən “Neftçi” camiəsi üçün ağır bir gün oldu. İki əməkdaşımızı yol qəzasında itirdik. Sizin sayt vasitəsilə bütün “Neftçi” klubunun adından vəfat edənlərin ailəsinə səbr diləyirəm. Allah rəhmət eləsin. “Xəzər Lənkəran”la matç haqqında əlavə nəsə danışmaq yersizdir. Bu matç Azərbaycan çempionatının şah oyunudur.
- Konkret oyuna proqnozun necədir?
- Mən proqnoz verməyi xoşlamıram. Amma onu bilirəm ki, maraqlı oyun olacaq. Bu komandalar arasında keçən qarşılaşmalar həmişə çempionatın özəl oyunları hesab edilib. İnşallah, bu dəfə də belə olacaq.
- “Neftçi” üçün “Xəzər Lənkəran” qarşısında hansı nəticə uğurlu hesab olunacaq?
- Təbii ki, 3 xal qazanmaq istəyirik. Bununla belə hər şeyə meydanda aydınlıq gələcək. Rəqibimiz də çox iddialı klubdur. “Xəzər Lənkəran”a hörmətlə yanaşırıq.
- Qış fasiləsindən sonra komandaya bir neçə yeni futbolçu cəlb olunub. Necə fikirləşirsən, həmin oyunçular komandaya tam uyğunlaşa bilibmi?
- Mən “Neftçi”nin heyətinin gün keçdikcə daha da oturuşacağına inanıram. Yeni gələn uşaqlara komandaya uyğunlaşması üçün bir az zaman lazımdır. “Neftçi” gün keçdikcə daha gözəgəlimli futbol nümayiş etdirəcək.
- Komandanın yeni ildən sonrakı hər üç oyununu əvəzolunmadan keçirdin. Belə demək olarmı ki, artıq “Neftçi”nin əsas heyətində yerini tam təmin etmisən?
- Xeyr. Nəinki mən, “Neftçi”nin heç bir üzvü bunu söyləyə bilməz. Komandamızın 24 futbolçusu var. Hamısı da eyni səviyyəli oyunçulardır. Sadəcə, baş məşqçimiz Vaqif Sadıqov kimə hansı oyunda şans verirsə, biz də o şansdan maksimum istifadə etməyə çalışırıq.
- Premyer Liqanın ilk “altılığ”ı uğrunda 7 komanda mübarizə aparır. Təbii ki, bir komanda avtomatik olaraq "altılıq"dan kənarda qalacaq. Kimləri “altılıq”da görmək istəyirsən?
- Vallah, mənim üçün hansı klubun “altılıq”da olmasının önəmi yoxdur. Əsas olan odur ki, həmin ”altılıq”da “Neftçi” olsun. Əsas bizim komandanın uğurudur. “Simurq” və “Qəbələ” klublarının hər ikisi də güclü heyətə malikdir. Qoy, kim layiqdirsə o da “altılığ”a vəsiqə qazansın. “Altılıq”da yer alacaq hər bir komandanın çempion olmaq şansı var. Turnir cədvəlinə nəzər yetirəndə görürük ki, klublar arasındakı xal fərqi elə də böyük deyil.
- Azarkeşlərə “Xəzər Lənkəran”la oyunöncəsi nə deyə bilərsən?
- Bütün “Neftçi”sevərləri çərşəmbə günü stadiona dəvət edirəm. Komandamızı tək buraxmasınlar. Onların dəstəklərinə ehtiyacımız var.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu