Premyer Liqanın XXI turu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəli Mircavadov Qol.Az saytına müsahibə verib.
- Son turda komandanızın “Qarabağ”a qarşı keçirdiyi oyun sizi qane etdi?
- Oyun çox gərgin və maraqlı keçdi. İki gün ərzində Lənkəranda qar yağdığına görə meydançanın vəziyyəti ürəkaçan səviyyədə deyildi. Stadionun direktoru və işçiləri ot örtüyünün yaxşı vəziyyətə gətirilməsi üçün əllərindən gələni etmişdilər. Mən onlara, eyni zamanda bizi bütün oyun boyu dayanmadan dəstəkləyən fanatlarımıza bir daha öz təşəkkürümü bildirirəm. Meydançanın vəziyyəti yaxşı olmasa da, hər iki komanda bütün bacarığını ortaya qoyaraq, azarkeşləri gərginlikdə saxladılar. Oyundan tam razı qaldım. Amma təəssüf ki, bu sözləri nəticə haqda deyə bilməyəcəyəm. Biz qələbə qazanmaq istəsək də, bunu bacarmadıq. Halbuki 3 xal qazanmağa biz daha çox layiq idik. Bir neçə qol şansımız olsa da, bunlardan istifadə edə bilmədik.
- Komandanızın “Qarabağ”ı məğlub edə bilməməsinin səbəbini yalnız qol şanslarından istifadə etməməkdə görürsünüz?
- Bəli. Əlimizə düşən imkanlardan faydala bilsəydik, 3 xal bizim olacaqdı. Xüsusən də Lalinin epizodunu qeyd etmək istərdim. Həmin epizodda topu qapıdan keçirməyə borclu olsa da, bunu bacarmadı.
- “Qarabağ”ın oyunu barədə nə deyə bilərsiniz? Ağdam klubu sizi nə iləsə təəccübləndirlə bildi? Yoxsa rəqibdən elə bu cür də oyun gözləyirdiniz?
- Yox, onlar bizi heç nə ilə təəccübləndirmədilər. Biz elə “Qarabağ”dan bu cür - müdafiəyə meyilli oyun da gözləyirdik. “Qarabağ” ilk dövrədə bizi məğlub etdiyindən, bu dəfə onlara 1 xal da bəs idi. Oyunun gedişində də əsasən müdafiəyə daha çox diqqət ayırdılar və sonda istəklərinə çatdılar.
- Qələbə qazana bilməməklə komandanız həm də “qızıl xallar”a görə lider olmaq şansını qaçırdı...
- Hə, elədir. Bu mövsüm kim daha yaxşı oynayırsa, kim əsas rəqiblərlə mübarizədə daha çox xal toplayırsa, o da sonda qalib olacaq. Bu səbəbdən də liderlə oyunlarda qazanılan hər bir xal mühümdür.
- “Xəzər Lənkəran” yeni ildə artıq çempionatda üç oyun keçirib. Bu matçlarda komandaya qoşulan yeni legionerlər ümidlərinizi doğruldurlar?
- İlk növbədə onu deyim ki, yeni qoşulanların vaxta ehtiyacları var. Onlar buradakı mühitə, şəraitə, Azərbaycanın mentalitetinə öyrəşməlidirlər. Müəyyən zaman keçdikdən sonra onlar buradakı mühitə uyğunlaşdıqdan sonra daha yaxşı çıxış edəcəklər. Elə
indiki vəziyyətdə də çıxışları məni qane edir.
- Qarşıda “Xəzər Lənkəran”ı daha bir çətin oyun - “Neftçi” ilə qarşılaşma gözləyir. Bu görüş barədə nə deyə bilərsiniz?
- Bu oyunu digərlərindən heç nə ilə fərqləndirmirəm. Biz heç vaxt rəqibləri ayırmır, hər birinə eyni gözlə baxırıq. O cümlədən də “Neftçi” ilə matç istisna təşkil etmir. Biz hər oyuna qələbə üçün çıxırıq. Bu dəfə də “Neftçi”ni məğlub etmək istəyirik. Amma mənim əsas istəyim odur ki, komanda təkcə qələbə qazanmasın. Həm də gözəl oyun sərgiləyərək, 3 xalı qazansın.
- “Neftçi” ilə qarşılaşmada bir xal sizi qane edəcək?
- Biz bu oyuna yalnız və yalnız qələbə üçün çıxacağıq. Bayaq da dediyim kimi, indi vəziyyət elədir ki, “ilk altılıq”da qərarlaşan komandaların öz aralarındakı oyunları böyük önəm kəsb edir. Bu səbəbdən də “Neftçi”ni məğlub etmək istəyirik. Çempion olmaq üçün gərək bütün oyunlarda maksimum nəticə qazanaq.
- Yəqin ki, “Neftçi”nin son oyunlarını izləmisiniz. İlk dövrədə qarşılaşdığınız komanda ilə indiki arasında nə fərq var?
- Sözün açığı, “Neftçi”nin oyununu izləməmişəm. Amma bilirəm ki, fasilədə heyətlərini gücləndiriblər. İndi komanda daha güclü təsir bağışlayır. İndiki halda əsas meydançaların durumudur. Ot örtüyü hava şəraiti ilə əlaqədar olaraq, ideal səviyyədə olmadığından komandaların da işləri çətinləşir. Eyni zamanda təqvimdəki son dəyişiklik, üç gündən bir oyuna çıxmaq heç də asan deyil.
- Dediyiniz bu amil - üç gündən bir meydana çıxmaq komandanızın çıxışına nə dərəcədə təsir göstərir?
- Mən hesab edirəm ki, bu amil təkcə bizim deyil, bütün komandalara problem yaradır. Oyunlara hazırlaşmaq üçün demək olar ki, vaxt çox az olur. Biz srağagün “Qarabağ”a qarşı oynadıq, dünən isə futbolçulara istirahət verdim. Bu gün artıq səhər saatlarında “Neftçi” ilə oyunun hazırlığına başladıq. Birisigün də oyundur.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi